Sual-Cavab

Evvala orucluq bayrami munasibetile tebrik edirem.men oruc tutmaq isteyirem amma bacara…

Sual: salam.evvala orucluq bayrami munasibetile tebrik edirem.men oruc tutmaq isteyirem amma bacara bilmirem.bu allah qarshisinda gunah deyil?

Cavab:

Və aleykumus-sələm. Əgər oruc tutmaq sizin səhhətinizə təsir göstərirsə onda orucu sağalana qədər tərk edirsiniz. Yəni, oruc tutmaq sizin hər hansı bir xəstəliyinizi artırarsa, və ya xəstəliyinizin sağalmasına əngəl törədərsə, yaxud da xəstəliyinizin sağalmasını gecikdirərsə onda sağalana qədər orucu tərk edirsiniz. Lakin sağaldıqdan sonra tutmadığınız günlərin sayı qədər oruc tutmalısınız. Çünki oruc tutmağa qadir olan hər bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının orucunu tutmalıdır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Başqa bir ayədə isə belə buyurur: “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə). Allah bütün müsəlmanlara oruc tutmaqda kömək olsun. Amin!!!

251. xanlar yusubov (Baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz