Evvabin namazi ne vaxt qilinir ve nece ruketdir?
Sual: SALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKETUH.EVVABIN NAMAZI NE VAXT QILINIR VE NECE RUKETDIR? ALLAH SIZDEN RAZI OLSUN SALAM ALEYKUM
Cavab:
Və aleykumus-sələm. “Əvvab” sözü ərəb dilində müt'i deməkdir. Əvvabin namazı dedikdə isə müt'ilərin namazı qəsd olinur. Bu namaz elə duha namazıdır. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Əvvabin (müt'ilərin) namazı isti başladığı anda qılınır.” (Bu hədisi Muslim “Səhih” əsərində (1/515) rəvayət etmişdir). Bizə də məlumdur ki, bu vaxt qılınan namaz elə duha namazıdır. Həmçinin Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) mənə 3 şeyi nəsihət etdi və mən də bunları heç vaxt tərk edən deyiləm: Hər gecə vitr namazını qılmağı; İki rükət duha namazını qılmağı. Bu da elə əvvabin (mütilərin) namazıdır; Hər ayın üç gününü oruc tutmağı”. (Bu hədisi İbn Xuzeymə (2/227) rəvayət etmişdir). Göründüyü kimi bu hədisin özündə də Əbu Hureyra əvvabin namazının elə duha namazı olduğunu bildirmişdir. Duha namazı isə aşağıdakı şəkildə qılınır: Bu namaz iki rükət və daha çox cüt sayda qılınan sünnət namazıdır. Duha namazının neçə rükət qılınmasına heç bir məhdudiyyət yoxdur. Bu namazın vaxtı günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələ qədərdir.
Bəzi rəvayətlərdə gəlib ki, əvvabin namazı məğriblə işa arsında qılınan namazlardır. Lakin bu hədislərin heç biri səhih deyildir.
278. emin azerov ()
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz