Esmin haram oldugunu deyirler qalmisam bele bilmirem neyleyim eger haramdisa sizin saytda…
Sual: salam eleykum qardas sekilin haram olmasi baresinde cox esitmisem amma bezi elmli qardaslar resmin haram oldugunu deyirler qalmisam bele bilmirem neyleyim eger haramdisa sizin saytda sekiller var demeli sekil haram deyil.sizden xahis edirem cavabi mumkunse hedis ve ayelerle esaslandirin.allah sizlerden razi olsun
Cavab:
Və aleykumus-sələm.
Şəkil barəsində bunu deyə bilərik: Ümumiyyətlə İslam dininə görə canlı (ruhu olan) şəkili çəkmək haramdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır.” (Bu hədisi Buxari rəvayət etmişdir).
Digər bir hədisdə isə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “İçində it və şəkillər olan evə mələklər daxil olmurlar.” (Bu hədisi də Buxari rəvayət etmişdir).
Peyğəmbər Bu sözləri özündən demir. Onun dediklərinin hamısı Allah tərəfindəndir. Uca Allah buyurur: “Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki; Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” (ən-Nəcm surəsi 1; 2; 3 və 4-cü ayələr).
Uca Allah həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərinə və qadağalarına riayət etməyi də bizə əmr etmişdir. Uca Allah buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin!” (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Digər bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Uca Allah Peyğəmbərimizin əmrlərinə qarşı çıxanrarı hədələyərək belə demişdir: “...Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Lakin, ruhu olmayan əşyaların şəkilini çəkmər caizdir. Bu barədə də İbn Abbasdan (Allah ondan razı olsun) hədis varid olmuşdur.
519. Teymur Alakbarov (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz