Əs-sələmu aleykum!
Sual: Əs-sələmu aleykum! Mənim sizə bir sualım var! Ramazan ayının fəziləti…
Cavab:
Ramazan ayının fəzilətləri çoxdur. Onlardan bəzilərini qeyd etməklə kifayətlənəcəyik.
1) Ramazan ayında Quran nazil olmuşdur. Uca Allah buyurur: “İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir.” (əl-Bəqərə surəsi 185-ci ayə).
2) Bu ayda bir gecə vardır ki, o min aydan daha xeyirlidir. Uca Allah buyurur: “Həqiqətən biz onu (Quranı) Qədr gecəsi (dünya səmasına) nazil etdik. (Ya Muhəmməd!) Qədr gücəsinin nə olduğunu bilirsənmi?! Qədr gecəsi (savab etibarilə) min aydan daha xeyirlidir….” (əl-Qədr surəsi 1, 2, 3).
3) Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Ramazan ayı girdikdə Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanların zəncirlənirlər (yəni zəncir vasitəsilə bağlanırlar).” (Bu hədisi Muslim rəvayət etmişdir).
4) Bu ayda edilən yaxşı əməllərin savabı diğər aylarda edilən əməllərin savabından daha çoxdur. Peyğəmbərdən səllallahu aleyhi və səlləm hansı sədəqənin daha əfzəl olduğunu soruşduqda belə cavab verdi: “Ramazan ayında verilən sədəqə daha əfzəldir.” (Bu hədisi Tirmizi rəvayət etmişdir). Həmçinin Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Ramazan ayında edilən ümrə ziyarəti həcc ziyarətinə bərabərdir.” (Bu hədisi də buxari və Muslim rəvayət etmişdir).
……………………………………………………
................................................................................
41. Fuzuli ALIYEV (BAki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz