Eger aiddirse bu hansi hedisde var, ne ile subut edilir?
Sual: Men bilmek isterdim ki,topuqdan yuxari shalvar geymek ve 4 barmaq sixliginda saqqal saxlamaq muselmana aiddir? Eger aiddirse bu hansi hedisde var, ne ile subut edilir. Xahish edirem genish formada cavab verin. Saq olun.
Cavab:
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Kişilərin topuqdan yuxarı geyinməsi barəsində Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) saysız-hesabsız hədisləri mövcuddur. Bu hədislərdən yalnız birini qeyd edəcəyik. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Üç sinif insan vardır ki, Qiyamət günü Allah onları danışdırmayacaqdır, onları təmizə də çıxarmayacaqdır və onları şiddətli əzab gözləyir: Topuqdan aşağı geyinən (kişi); Söz gəzdirən; Yalan and içməklə malının qiymətini qaldıran.” (Bu hədisi Muslim 1/102 rəvayət etmişdir).
Saqqal barəsində isə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Saqqallarınızı uzadın (əl vurmayın), bığlarınızı qısaldın ki, məcusilərə (oda sitayiş edənlərə) müxalif olun” Bu hədis onu göstərir ki, saqqal saxlamaq vacibdir. Çünki, bu Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmridir. Hər bir müsəlman da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirməlidir.
Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə də belə demişdir: “...Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Saqqalın dörd barmaqdan artığınının götürülməsinin caiz olması səhabələrin əməllərindən götürülür. Çünki, İbn Məsud və bir neçə səhabələr saqqallarının dörd barmaqdan artıq olanını kəsmişlər. Onların bu əmələri onu göstərir ki, dörd barmaqdan artıq olanı kəsmək caizdir.
829. Abdullayeva (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz