Dost saytlar icinde www.abubakr-mescidi.com-un adi niye yoxdur.bu suali vermekde basqa…
Sual: dost saytlar icinde www.abubakr-mescidi.com-un adi niye yoxdur.bu suali vermekde basqa niyetim yoxdur.yalniz bilmek isteyirem.
Cavab:
Aleykumussalam.
Dost saytlar bölməsinə diqqət etsəniz görəcəksiniz ki, orada olan banerləri həmin saytların administratorları tərəfindən təyin olunmuş xüsusi banerlərdir.
Yəni bu banerləri biz özümüz hazırlamırıq.
Eyni zamanda nəzərinizə çatdıraq ki, bizim dost saytlar bölməsi baner mübadiləsi üçün nəzərdə tutulan hissədir.
Həmin saytın administratorluğu məktubla bizə müraciət edib öz baner kodunu yollasa və bizim baner kodumuzu öz səhifələrində yerləşdirsə onda siz dediyiniz bölmədə həmin saytın baneri də olacaq inşallah.
Bir sözlə kimin bu yönümdə təklifləri varsa mail@azerislam.com ünvanına məktubla müraciət etsin.
Yollanılan təklifə Azerislam.com idarə heyyəti tərəfindən baxıldıqdan və razılıq verildikdən sonra dost saytlar bölməsində onun da baneri olacaq inşallah.
Allahdan istəyimiz budur ki, haqqı deyən ünvanların sayı artsın. Həm də onlar Azerislam-dan nümunə götürərək hər gün oxucularla ünsiyyətdə olsunlar və yeni, eyni zamanda maraqlı yazıları ilə oxucuları sevindirsinlər.
Azerislam.com qapılarını daim açıq elan edir.
Allah yolunda çalışmaq istəyən hər kəs bizə müraciət edə bilər.
660. tagiyev tural (sumqayit)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz