Sual-Cavab

Dinlə bağlı sizin tövsiyyələrinizi eşitmək mənim üçün xoş olardı?

Sual: Dinlə bağlı sizin tövsiyyələrinizi eşitmək mənim üçün xoş olardı.

Cavab:

Əs-sələmu aleykum. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir ki, müsəlmanın müsəlman üzərində beş haqqı var. Salam verdikdə salamını almaq, xəstələndikdə ziyarət etmək, öldükdə cənazəsinin ardınca getmək, nəsihət istədikdə nəsihət vermək, dəvət etdikdə dəvətinə cavab vermək.

Bu hədisə riayət edərək biz də sizə və bütün müsəlmanlara nəsihətimiz budur ki, istər dini məsələlərdə, istər də dünyavi məsələlərdə Allaha (yəni Onun kitabına) və Onun rəsuluna (yəni rəsulunun hədislərinə) müraciət edin.

Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (ən-Nisa surəsi 59-cu ayə).

Kim Allaha və peyğəmbərinə tabe olarsa Cənnətdə Allahın nemət verdiyi şəxsləri ilə birgə olacaqdır. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).

Allahdan istəyirik ki, bütün müsəlmanları haqqı eşidib ona tabe olanlardan etsin! Amun!!!

308. ELVIN (BAKI)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz