Sual-Cavab

Dəyənəklə insanları soyan adamı da gördü?

Sual: bu saytda "Namazda mutiliye aparan 33 amil" haqda oxuyarken bele bir hisseye rast geldim."Kusuf namazı əsnasında Peyğəmbər salləllahu əleyhi və səlləm cənnət üzümlərini gördü və onları dərmək üçün əlini uzatdı. Burada o, həmçinin cəhənnəm odunu da gördü. Pişiyi bağlayan qadını da namazda gördü. Dəyənəklə insanları soyan adamı da gördü. Qarşısından keçmək istəyən heyvana da mane olmuş, onun keçməsinə izn verməmişdi. Namazda ikən yenə də ona salam verən insana əli ilə işarə edərək cavab vermişdir.

Cavab:

Və aleykumus-sələm.

Qeyd etdiklərinizin hamısı eyni zamanda olmamış. Həmçinin bunların hamısı Kusuf namazı əsnasında olmamışdır. Bu hadisələdin hərəsi bir vaxtda olmuşdur. Sizin qeyd etdiklərinizin bəzisi “Namazda mütiliyə aparan 33 amil” kitabçasında bu cür deyilmir. Odur ki, həmin kitabçanı dəqiqliklə oxumağınızı xahiş edirik.

Peyğəmbərimizin namaz əsnasında etdiyi bəzi hərəkətlərə gəlincə, o bunu zəruri səbəbdən etmişdir. Odur ki, namaz əsnasında zəruri səbəbdən bəsi hərəkətlər etmək olar. Məsələn: Namaz qılan zaman qarşıdan hər hansı bir şəxs keçdikdə onu əl ilə tutub saxlamaq olar və s.

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

634. Elcin (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz