Sual-Cavab

Cixsami yaxwidir, yoxsa nega edim?

Sual: axi man qohumlarda qaliram hadisa gora 3 gundan artiq qalmamaliyam. cixsami yaxwidir, yoxsa nega edim. cixmaq imkanim var.

Cavab:

Əs-sələmu aleykum.

Hədisin mənası heç də sizin dediyiniz kimi deyildir. Heç bir hədisdə deyilmir ki, 3 gündən artıq qonaq qalmaq olmaz. Həmin hədisin mənası belədir ki, ev sahibinin öz qonağını 3 gün yedizdirməsi və s. vacibdir. Üç gündən sonra isə həmin vaciblik onun boynundan düşür. Yəni həmin şəxs üç gündən sonra artıq qonaq sayılmır. Odur ki, sizin həmin qohumunuzun evində qala bilərsiniz. Lakin bir şeyi də qeyd edək ki, əgər sizin həmin evdə qalmağınız ev sahibini narahat edirsə, onda başqa evdə qalmağınız daha yaxşı olardı.

729. azer huseynov (zaqatala)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz