Buyurulan hal vajib ya mustehebdir?
Sual: assalam-o-alaykum warahmatullahi wabarakatuh. Uca Allahin marhameti hemishe uzerinizde olsun, ameen. Inshallah sejde halinda sag ayagin barmagini uzu qibleye qoymaq chox narahat oldugu halda (demek olar ki, qoya bilmirem) ne etmeli? buyurulan hal vajib ya mustehebdir? assalam-o-alaykum warahmatullahi wabarakatuh.
Cavab:
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Allah sizdən razı olsun.
Səcdə zamanı sağ və sol ayağın barmaqlarını qibləyə tərəf tutmaq müstəhəbdir. Amma bu heç də çətin deyildir.
Lakin bizə elə gəlir ki, siz səcdələr arası oturuş zamanı sağ ayağın barmağının qibləyə tərəf yönəlməsini nəzərdə tutursunuz. Qeyd edək ki, təşəhhüddə, iki səcdə arası oturuşda və ikinci, dördüncü rükətlərə qalxmazdan əvvəl sol ayağın üzərində oturmaq və sağ ayağın barmaqlarını qibləyə tərəf yonəltmək müstəhəbdir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) (Təşəhhüdü oxuduğu zaman) sol ayağının üzərində oturub sağ ayağının barmaqlarını qibləyə tərəf yönəldərdi…” (Bu hədisi Muslim rəvayət etmişdir).
Odur ki, bu sünnəni tərk etmək namazı batil etmir və səhv səcdəsi etmək də lazım gəlmir. Namaz qılan şəxs bunu etməklə yalnız əlavə savab qazanır.
Və aleykumus-sələmu və arhmətullahi və bərakətuhu.
447. S.R. (Sumqayit)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz