Sual-Cavab

Bunu aciglayabilersiniz mi?

Sual: menim sualim beledir..sehidler olmezler sozu hagginda her halda bir de ayet var. bunu aciglayabilersiniz mi? bes onlar olmurlerse sehid olduqdan sonraki hallarini ne olarag bilirler...

Cavab:

Şəhidlər barəsində ən gözəl açıqlamanı elə uca Allah özü vermişdir. Uca Allah buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (əl-Bəqərə surəsi 154-cü ayə). Başqa bir ayədə isə uca Allah belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar. (Ali İmran surəsi 169, 170 və 171-ci ayələr). Bu ayələr həm də onu göstərir ki, şəhidlər şəhid olduqlarını Allahın onlara verdiyi nemətlərdən bilirlər.

220. cavid salamzade (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz