Sual-Cavab

Bu puldan zəkat veirlməlidir?

Sual: Mən ata anamla birgə yaşayıram. Lakin öz qanancımla kənara qoyduğum bir miqdar pul var. Bu puldan zəkat veirlməlidir? Zəkatı il ərzində istənilən vaxt verə bilərəm, yoxsa yalnız Ramazan ayı ərzində? Zəkat məbləği tam bir adama verilməlidir, yoxsa bunun bir neçə hissəyə bölünüb müxtəlif adamlara verilməsi mümkündür?

Cavab:

Əs-sələmu aleykum.

Sizin pulunuzun miqdarı 85 qram qızıl ekvivalentinə çatdıqdan sonra bunun üzərindən bir il keçərsə və bu il müddətində qızılınızın miqdarı 85 qramdan aşağı düşməzsə ilin tamamında əlinizdə olan qızılın qırxda birini (yəni 2,5 faizini) zəkat verməlisiniz. Zəkatı il tamam olduqdan sonra istənilən ayda vermək olar.

Qeyd 1: İlin tamamı dedikdə qızılın 85 qram olduğu günün üstündən bir ilin keçməsi nəzərdə tutulur. Həmin vaxt, qızılın 85 qrama çatdığı gündən açılı olaraq ilin müxtəlif aylarına düşə bilər.

Qeyd 2: Həmin puldan (miqdarından asılı olaraq) hər il həmin vaxt tamam olduqdan sonra zəkat verilməlidir.

Zəkat bir neçə adama da verilə bilər.

Zəkat aşağıdakı səkkiz sinif insanlara verilir: Uca Allah buyurur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb-paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcunu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətənə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir və hikmət sahibidir.” (ət-Tövbə surəsi 60-cı ayə).

401. Humeyra (Baku)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz