Bu ne derecede duzgundur.Cavaba gore sag olun?
Sual: Salamaleykum. Allah orucunuzu qebul etsin. Eshitdiyime gore ramazan ayinda 3 gun oruc tutmaq vacib sayilib. Ancaq onun deqiq vaxti bilinmediyi ucun 1 ay oruc tuturlar. Bu ne derecede duzgundur.Cavaba gore sag olun.
Cavab:
Və aleykumus-sələm. Bu çox yanlış fikirdir. Çünki uca Allah Ramazan ayını bütünlüklə oruc tutmağı əmr etmişdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Digər ayədə isə belə buyurur: “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə).
161. ABU OMAR (BAKI)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz