Sual-Cavab

Bu nə dərəcədə düzgündür?

Sual: Mən özüm namaz qılıram, və çox adama islamın düzgün yollarını öyrətmişəm. Amma elə adam da var ki, ona öyrətmək istəyəndə cahil, özündən razı olub yekə-yekə deyir ki, namaz qılmaq və oruc tutmaq məcburi deyil. Bu nə dərəcədə düzgündür? Həmdə iftar açmaqda gecikəndə o iftar sayılır? Çünki, məndə belə hallar müəllim yanından gec çıxdığım ucun olur. Bəzən elə olur ki, o qədər gec çıxıram ki, iftara düz 20 dəqiqə gecikirəm. Belə vaxtı iftar sayılırmı? Rövşən.

Cavab:

1) Uca Allah namaz qılmağı bütün insanlara vacib buyurmuşdur. Bu barədə uca Allah buyurur: Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (əl-Bəyyinə surəsi 5-ci ayə). Başqa ayədə də belə buyurur: “Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə). İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahinin olmaması və Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həzz etmək və Ramazan orucunu tutmaq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Oruc barəsində isə uca Allah belə buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə [pis əməllərdən] çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Başqa bir ayədə isə belə buyurur: “Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə). Bütün bu dəlillər onu göstərir ki, namaz və oruc özünü müsəlman sayan hər bir kəsə vacibdir.

2) İftar açmağa gecikmişsinizsə həmin iftar sayılır. Çünki iftarı vaxtında açmaq şərt deyildir. Lakin bacardığınız qədər vaxtında açsanız daha əfzəl olar.

99. Ali (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz