Bu doqurdanmi beledir?
Sual: Salamlar. Deyilene gore Orug tutmaq yalniz namaz qilan momun insana mexsusdur. Bu doqurdanmi beledir? deyirlerki,namaz qilmayan bi insanin Orug tutmaqi duzgun deyil ve o insan hec sedeqede vere bilmez.......(Yalniz Namaz qilan Orug tuta biler) BU NE DERECEDE DOQRUDUR?!XAHIS EDIRIK NECE VAR ELE DE CEVABLANDIRIN.SEMIMI TAM SEMIMI OLMAQINIZI XAHIS EDIRIK!
Cavab:
Bunu ümumi olaraq demək düzgün deyildir. Çünki bu məsələni iki hissəyə bölmək lazımdır:
1. Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc tutmağın ona heç bir faydası yoxdur; Çünki kafirin oruc tutmasının heç bir faydası yoxdur. Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”
2. Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir. Odur ki, səhlənkarlıq üzündən namazı tərk edən şəxs oruc tuta bilər.
O ki qaldı sədəqəyə, namaz qılmayan şəxs sədəqə verə bilər.
139. Rəşad Rəsullu (Bakı)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz