Sual-Cavab

Bu cem hali demek deyildirmi?

Sual: Assalami aleykum. Menim sualim beledir: 1) Niye gore QURAN-da BIZ sozunden istifade edilir? ALLAH tekdir ve en boyuk odur butun insanlari ve cinleri yaradan odur. Meselen El-Beqere 35. (Sonra) Biz (Adəmə) dedik: "Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız". BIZ NEYI BILDIRIR? BU CEM HALI DEMEK DEYILDIRMI? 2) Adam rehmete gedende qebirsandiqda

Cavab:

Və aleykumus-sələm.

1. Uca Allah Qurani Kərimdə biz dedikdə özünü nəzərdə tutur və bu təzim mənasını ifadə edir. Lakin bəzi ayələrdə uca Allah biz dedikdə məlkləri də nəzərdə tutulur. Qurani Kərimdə “biz” sözünün bu iki mənadan hansını ifadə etdiyini bilmək üçün “biz” sözü işlənən ayədən öncə və sonra gələn ayələrə nəzər salmaq lazımdır. Əgək həmin ayələrdə mələklərdən də söhbət gedirsə onda “biz” sözü dedikdə mələklər də nəzərdə tutulur. Əgər “biz” sözü işlənən ayədən öncə və sonra gələn ayələrdə mələklərdən heç bir söhbət getmirsə onda “biz” sözü Allaha təzim mənasında işlənir.

2. Müsəlman vəfat etdikdə qəbrstanlıqda onun üçün yalnız dua etmək lazımdır. Ölü üçün Quran oxumaq İslam dinində yoxdur. Bu cür əməllər sonradan meydana gəlmişdir. Odur ki, bunu etmək düzgün deyildir.

Ölünü necə basdırmaq barəsində geniş məlumat almaq üçün “Ölüm və ibrət” adlı kitabı almanızı məsləhət görürük. Bu kitabı “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.

803. ABBASOV IBRAHIM (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz