Bilmek isterdim, bu düzgündür?
Sual: Salam. Bayramınız mübarek.Size bir sualım var. Men namaz qılanda Allahin mübarek adlarını yavaşdan deyirem. Bilmek isterdim, bu düzgündür. Sağ olun
Cavab:
Və aleykumus-sələm. Biz də sizi Ramazan bayramı münasibəti ilə təbrik edirik. Allah sizin namazınızı və digər ibadətlərinizi qəbul etsin! Amin!!!
Əgər namaz zamanı səcdədə, təşəhhüddə və s. bu kimi dua ediləsi yerlərdə Allahın adlarını deyib bu adlar vasitəsi ilə Ondan nə isə istəyirsinizsə, onda bu caizdir. Lakin heç bir səbəb olmadan bunu edirsinizsə, (yəni, namazda sadəcə olaraq Allahın adlarını deyirsinizsə) bu düzgün deyildir.
515. babayeva rena (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz