Belke bunlar mesheblerdir?
Sual: Wa salam alekm wa rahmatullahi wa barakatuhu. Разделится вера на 72 (73) ветвей, все кроме последователей одной из них обитатели ада. Men bunu hardansa oxumushdum. eger dogrudursa sualim budur: 72 yoxsa 73 terefe bolunecek deyilende ne nezerde tutulur, Islam dini ve yaxud ...? Belke bunlar mesheblerdir? Bir sualimda var. Arada adamlardan eshitmek olur ki, "MEN BIR YUXU GORDUM FILAN KESE NESE OLDU..." ve bu ara eshidirsen ki, hemen o adama ve yaxud onun yaxinina nese olur. Bu saytda oxudum ki, yu
Cavab:
Cavab: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
1. Qeyd etdiyiniz hədis belədir: Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Yəhudilər 71 firqəyə bölündülər, nəsranilər 72 firqəyə bölündülər, mənim ümmətim isə 73 firqəyə bölünəcək. Birindən başqa bunların hamısı Cəhənnəmə düşəcəkdir”. Səhabələr soruşdular: “Ey Allahın elçisi! Onlar (Cəhənnəmə düşməyənlər) kimlərdir?” O dedi: “Mənim və səhabələrimin yolu ilə gedənlər”. Başqa bir rəvayətdə də deyilir ki, “Onlar camaatdır”. (Bu hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai, İbn Macə, Darimi, Əbu Asim, Hakim və başqaları rəvayət etmişlər).
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bu hədisdə “ mənim ümmətim” deməsi onu göstərir ki, İslam ümməti 73 firqəyə bölünəcək. Bəli, bunlar müxtəlif əqidəli məzhəblərdir.
2. Yuxu hərdən düz çıxa bilər. Lakin bu hər gördüyümüz yuxunun düz çıxacağına inanacağımıza heç bir əsas vermir. Odur ki, insan, gördüyü yuxunun düz çıxacağına inanmamalıdır. Belə ki, yuxunu dəqiqliyi ilə yozma elmini uca Allah yalnız Yusif peyğəmbərə vermişdir. Ona görə də hal-hazırda yuxunu dəqiqliyi ilə heç kəs yoza bilməz. Çünki, yuxu yozma barəsində nə Qurani Kərimdə, nə də Peyğəmbərimizin hədislərində heç bir şey varid olmamışdır.
3. Rus dilində olan İslam saytlarından bunları məsləhət görürük:
- waytoquran.net
- muslim.kz
- Islam.kz
652. Babayev Arzu (Sumqayit)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz