Sual-Cavab

Bele olan halda namaz qilmaq ucun QUSUL almaq lazimdir yoxsa destamaz alib alt paltari…

Sual: Ilk evvel Sizin ve butun muselmanlarin muqeddes Ramazan bayramini tebrik rdirem. Sualim beledir: Bezen ele hallar olur ki, kicik tualete gedende oturmaq ve yuyunmag mumkun olmur. Xususen xarici shirketlerin tualetlerinde imkansizliqdan oturub sidiye getmek ve sonrada yuyunmaq olmur. Bele olan halda namaz qilmaq ucun QUSUL almaq lazimdir yoxsa destamaz alib alt paltari deyismek yeter?

Cavab:

Və aleykumus-sələm.

Biz də sizi qarşıdan gələn Ramazan bayramı münasibəti ilə əvvəlcədən təbrik edirik. Allah hamımızın oruclarını qəbul etsin! Amin!!!

Hər bir müsəlman subaşına çıxan zaman bədəninə nəcis və sidik dəyməsindən özünü gözləməli və qurtardıqdan sonra hər iki ifrazat üzvünün çıxışı su (tapılmadıqda isə daş, kağız və s.) ilə təmizlənməlidir;

Əgər subaşına çıxan şəxs övrət yerini təmizləmirsə bu halda namaz qılmamalıdır.

Həmin şəxs namaz qılmaq üçün övrət yerini nəcisdən təmizləməli, hansı paltarına nəcis düşübsə onu qəyişməli və dəstəmaz almalıdır.

408. Heyran Zeynalov (Haciqabul)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz