Sual-Cavab

Assalamn Aleykum Sualım belədir zəkat vermək hansı müsəlmana fərzdir .Əgər borcu varsa o…

Sual: Assalamn Aleykum Sualım belədir zəkat vermək hansı müsəlmana fərzdir .Əgər borcu varsa o müsəlmana zəkat vermək fərz sayılırmı ?

Cavab:

Və aleykumus-sələm.

Zəkat vermək hər bir var-dövlətli, azad müsəlman üçün vacibdir.

Əldə edilən, yığılmış malın (qızıl-gümüş, mal-qara və ticarət malı) zəkatını vermək üçün onun üzərindən bir il keçməli və ilin tamamında zəkat çıxardılmalıdır.

Dənli bitkilər (buğda, arpa, düyü və s.) və saxlanılması mümkün olan meyvələrin (qoz, fındıq, şabalıd, badam və s.) zəkatı yığım günü verilməlidir. Uca Allah buyrur: “Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!” (əl-Ənam surəsi 141-ci ayə).

Zəkat malı dörd qismə bölünür:

1) mal-qara, 2) qızıl və gümüş, 3) bitkilər, 4) ticarət malı.

Mal-qaranın zəkatı:

Dəvə (erkək və ya dişi, qoca və ya cavan heyvan olması heç bir əhəmiyyət kəsb etmir)

...............Sayı..............................Çıxarılan zəkatın miqdarı

..... 5-dən 9-a qədər.............................1 qoç

.....10-dan 14-ə qədər..........................2 qoç

.....15-dən 19-a qədər..........................3 qoç

.....20-dən 24-ə qədər..........................4 qoç

.....25-dən 35-ə qədər..........................1 ədəd 1 illik dişi dəvə

.....36-dan 45-ə qədər..........................1 ədəd 2 illik dişi dəvə

.....46-dan 60-a qədər..........................1 ədəd 3 illik dişi dəvə

.....61-dən 75-ə qədər..........................1 ədəd 4 illik dişi dəvə

Dəvələrin sayı 121 və ondan çox olarsa hər 40 dəvəyə 1 ədəd 2 illik dişi dəvə və hər 50 dəvəyə 1 ədəd 3 illik dişi dəvə zəkat verilir. Bu bölüm Ənəs ibn Malikin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə qeyd olunmuşdur. (Bu hədisi Buxari rəvayət etmişdir).

Öküz (erkək və ya dişi, qoca və ya cavan heyvan olması heç bir əhəmiyyət kəsb etmir)

..........Sayı...........................................Çıxarılan zəkatın miqdarı

......30 maldan.................................1 ədəd 1 illik dişi və ya erkək mal

......40 maldan.................................1 ədəd 2 illik dişi mal

......50 maldan.................................1 ədəd 2 illik dişi mal

Malın sayı 60 və ya ondan çox olarsa, hər 30 maldan 1 ədəd 1 illik dişi və ya erkək və hər 40 maldan 1 ədəd 2 illik dişi mal zəkat verilir. Bu bölüm Müaz ibn Cəbəlin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə qeyd olunmuşdur. (Hədisi Əbu Davud və Əhməd rəvayət etmişlər).

Onluqların (30, 40, 50 və s.) arasındakı saylara (32, 35, 46 və s. kimi) zəkat düşmür.

Qoç (erkək və ya dişi, qoca və ya cavan heyvan olması heç bir əhəmiyyət kəsb etmir)

...............Sayı............................Çıxarılan zəkatın miqdarı

......40-dan 120-yə qədər.........................1 qoç

......121-dən 200-ə qədər.........................2 qoç

......201-dən 300-ə qədər.........................3 qoç

Qoyunların sayı 300 keçərsə, hər yüz qoyuna bir ədəd qoç zəkat verilir. Bu bölüm Ənəs ibn Malikin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə qeyd olunmuşdur. (Bu hədisi Buxari rəvayət etmişdir).

Qeyd: a) zəkat verilən heyvanın eybi olmamalıdır; b) yalnız otarılan heyvanlardan yuxarıdakı bölümdə zəkat çıxarılır.

Bitkilərin zəkatı:

.......................Bitkinin növü.......................................................Çıxarılan zəkatın miqdarı

Yağış, çay və s. təbii sularla özbaşına sulanan bitkilər...Yığılan məhsulun ondan bir hissəsi

Sahibi tərəfindən (onun əziyyəti ilə) sulanan bitkilər.......Yığılan məhsulun ondan bir hissəsinin yarısı

612 kq və ondan artıq miqdarda olan bitkilərdən zəkat verilir. Bundan az miqdarda olduqda isə zəkat düşmür.

Bu bölüm Abdullah ibn Ömər (Allah ondan razı olsun) və Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) rəvayət etdikləri hədislərdə qeyd olunmuşdur. (Bu hədisi Buxari rəvayət etmişdir).

Qeyd: tərəvəz və saxlanılması mümkün olmayan meyvələrdən zəkat verilmir.

Qızıl və gümüşün zəkatı:

......Miqdarı..............................................................................Çıxarılan zəkat

20 misqal (85 qram) və daha çox qızıla.........................Ümumi miqdarın 2.5% faizini

200 dirhəm (595 qram) və daha çox gümüşə..............Ümumi miqdarın 2.5% faizini

Bundan az miqdarda olan gümüş və qızıla zəkat düşmür.

Bu bölüm Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) və Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) rəvayət etdiyi hədislərdə qeyd olunmuşdur. (Bu hədisi Əhməd və Buxari rəvayət etmişdir).

Qeyd: Bir çox alimlər ümumi dəlillərə əsaslanaraq ticarət malından zəkat verməyi vacib hesab edirlər. Belə ki, ticarət malı qızıl və gümüş kimi bir ilin tamamında malın ümumi dəyərinin onda birinin 1/4 hissəsi zəkat verilir. Onların əsaslandığı dəlillərin bir qismi bunlardır:

1) Uca Allah buyurur: “Mallarında da dilənçinin və yoxsulun haqqı var” (əz-Zariyat surəsi 19-cu ayə).

2) Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) Müaz ibn Cəbəli (Allah ondan razı olsun) Yəmənə göndərdikdə ona demişdir: "Sən kitab əhlindən olan bir qövmün yanına gedirsən, elə isə onları (tövhidə) "əşhədü ən lə iləhə illəllahu və əşhədü ənnə Mühəmmədən rəsulullah" kəlməsinə dəvət et. Buna itaət edərlərsə, o qövmə xəbər ver ki, Allah onlara gün ərzində beş vaxt namaz qılmaqlarını fərz buyurmuşdur. Buna itaət edərlərsə, o qövmə xəbər ver ki, Allah onlara varlılarından götürülüb kasıblarına paylanan sədəqənin (zəkatın) verilməsini fərz buyurmuşdur. Buna da itaət edərlərsə, onların ən qiymətli mallarını götürməkdən çəkin! Habelə, məzlumun duasından qorx! Həqiqətən, onun duası ilə Allahın arasında heç bir maneə yoxdur” (əl-Buxari, 1395; Müslim, 121).

3) Qiyas. Belə ki, ticarət malını satıb əldə edilən pul qızıl və gümüş pula müqayisə olunur.

Zəkat aşağıda qeyd edilən səkkiz sinif insana verilə bilər:

1) yoxsul, 2) miskin, 3) zəkatı yığıb paylayan, 4) ürəyi islama isinişib bağlanan, 5) azad ediləcək kölə, 6) borclu olan, 7) Allah yolunda cihad edən, 8) pulu qurtarıb yolda qalan müsafir.

Uca Allah buyurur: “60. Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ət-Tövbə surəsi 60-cı ayə).

Yuradı qeyd etdiyimiz mallara sahib olan insanların borcları olsalar da belə mallarının zəkatlarını verməlidirlər.

823. ilhame (Sumqayit)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz