Ancaq bilmirem heftenin hansi gununde tutmaq olar?
Sual: Salam! Esitmisem ki, subay adam heftede 1 defe oruc tutmalidir. Ancaq bilmirem heftenin hansi gununde tutmaq olar. Xahis edirem bu barede aciqlama veresiniz. Evvelceden minnetdarliq edirem. Sag olun.
Cavab:
Və aleykumus-sələm.
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) hədislərində evlənə bilməyənlərin oruc tutmaları barəsində qeyd olunur. Odur ki, subay olanlar şəhvətlərini boğa bilmirlərsə dərhal evlənməlidirlər. Əgər evlənməyə imkanları yoxdursa onda oruc tutmalıdırlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Ey cavanlar! Sizlərdən kimin evlənməyə gücü varsa evlənsin! Həqiqətən evlənmək gözü və övrət yerini (zinadan) qoruyur. Kim də evlənməyi bacarmırsa qoy oruc tutsun! Çünki oruc onun üçün qoruyucudur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bu hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) evlənə bilməyənlərə oruc tutmalarını nəsihət etmişdir. Çünki, insan oruc vasitəsi ilə haram şeylərdən, o cümlədən də zinadan və onanizmdən uzaq olur.
Peyğəmbər həmin oruc üçün müəyyən bir gün təyin etməmişdir və ya onun həftədə bir gün olduğunu vurğulamamışdır. Ona görə də oruc tutmaq istəyən subay şəxslər həftənin cümə və şənbə günlərindən başqa istənilən günündə həmin orucları tuta bilərlər.
635. qalib huseynli (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz