Sual-Cavab

Allah vergi kimese verir ? Umimiyyetle vergi nedir?

Sual: Allah vergi kimese verir ? Umimiyyetle vergi nedir?

Cavab:

Əs-sələmu aleykum.

Bəzi insanlar “Vergi” dedikdə kəraməti nəzərdə tuturlar.

“Kəramət” dedikdə insanlara qeyri adi gələn və dinə müxalif olmayan əməllər nəzərdə tutulur ki, bu əməlləri də uca Allah yalnız öz saleh bəndələrinə nəsib edir.

Əgər insanların kəramət (vergi) hesab etdikləri əməl qeyri adi olmasına baxmayaraq dinə müxalifdirsə, onda bu əməl kəramət (vergi) deyil, əksinə sehr və kahinlikdir ki, bu da həmin insana şeytanlar tərəfindən verilir. Məsələn, hər hansı bir insan kimnsə falına baxırsa və ya qeybdən bəzi xəbərlər verirsə, onda bu küfr və şeytan əməlidir. Çünki, bu əməl dinə müxalifdir.

Kəramətlə şeytani əməllərin arasında olan fərqlər aşağıdakılardır:

1. Kəramətin baş verməsində başlıca səbəb həmin insanın imanılı olmasıdır, onun Allaha və Onun Peyğəmbərinə itaət etməsidir. Şeytani əməlin baş verməsində başlıca səbəb həmin insanın küfr etməsi, Allaha və Onun Peyğəmbərinə asi olmasıdır. Odur ki, kim görsə ki, Allaha ibadət etməyən, daima günah edən və dindən heç bir xəbəri olmayan şəxs ona vergi (kəramət) verilməsini iddia edir, bilsin ki həmin şəxsin əməli şeytan əməlidir.

2. Kəramət heç bir cəhd göstərilmədən Allah tərəfindən saleh bəndəyə verilir. Şeytan əməli isə küfr, Allahdan qeyrisinə qurban kəsmək və bu kimi əməlləri edərək cəhd göstərmək vasitəsi ilə verilir. Odur ki, hər hansı bir şəxsə (vergi verilməsinə can atdıqdan sonra) nə isə verilərsə, bilin ki, o şeytan əməlidir.

3. Saleh insanlara verilən kəraməti heç bir şey batil etmir. Şeytan əməlini isə Quran oxumaq, Allahı zikr etmək, Ayətul-kürsünü oxumaq (əl-Bəqərə surəsi 255) və bu kimi əməllər batil edir. Odur ki, şeytan əməli ilə məşğul olan insanların yanında bu cür əməlləri etsəz həmin “şeytan vergisi” batil olar.

4. Kəramət verilən şəxslər (Allahdan qorxduqları üçün təvazökarlıq göstərib) öz kəramətlərini heç kəsə yaymırlar və bu kəramətlə fəxr etmirlər. Şeytan vergisi verilən şəxslər isə, əksinə olaraq öz vergilərini hamıya yayırlar və bununla fəxr edirlər. Hətta onların hamısı özlərini (televiziyada və s. yerlərdə) reklam edirlər ki, insanlar onların yanlarına gəlsinlər və pul vasitəsi ilə öz fallarına baxdırsınlar, başlarına gələn bəlaları dəf etdirsinlər, ruzilərinin artmasını istəsinlər və ya cadu və sehr kimi əməllər etdirsinlər. Sizcə bu əməllər heç kəramət sayıla bilərmi və ya bu cür əməlləri edən şəxs saleh insan sayıla bilərmi? Əlbəttəki yox. Bu cür insanlar şeytanın havadarlarıdır.

Bu qeyr etdiyimiz qaydaları hər hansı bir şəxsə tətbiq etsəniz onun Allahın yoxsa şeytanın dostu olduğunu daha aydın görərsiniz. Allah bizim hamımızı doğru yolda olanlardan etsin! Amin!!!

493. Elvin Tanriverdi (istanbul)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz