ALLAH orucunuzu qebul etsin. Salavat deyende uze 1 yoxsa 2 el ile cekilir. Sag olun?
Sual: Salamaleykum. ALLAH orucunuzu qebul etsin. Salavat deyende uze 1 yoxsa 2 el ile cekilir. Sag olun.
Cavab:
Və aleykumus-sələm.
Salavat yalnız dillə deyilir. Uca Allah buyurur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)” (əl-Əhzab surəsi 56-cı ayə).
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabələrindən heç biri salavat dedikdə əllərini üçlərinə çəkməmişlər. Odur ki, biz də Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) sonra ən xeyirli insanlar sayılan səhabələrin etdikləri kimi etməliyik. Əgər bu əməl dində olsaydı ilk öncə bunu onlar edərdilər. Çünki, səhabələr xeyirli işlər görməkdə bir-biri ilə yarışırdılar. Bütün bunlar onu göstərir ki, bu əməl dinə gətirilən yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...”
Həmçinin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Allah bizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!
395. Hatem Eyvazov (SABIRABAD)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz