Sual-Cavab

Allah orucunuzu qabul etsin?

Sual: Salam . Allah orucunuzu qabul etsin. Men cox isterdim ki, oruc tutum lakin menim sehhetimde ele bir problemim var ki, bu mumkun deyil, sizce men gunaha batiram. Evvelceden minnatdaram.

Cavab:

Və aleykumus-sələm. Öncə Allahdan sizin üçün şəfa diləyirik. Allah bütün müsəlman xəstələrinə şəfa versin!

Əgər sizin xəstəliyiz xroniki (sağalmayan) xəstəlikdirsə və oruc tutmaq sizə zərər verirsə, onda orucu tərk etməli və tutmadığınız hər günün əvəzinə bir kasıb yedizdirməlisiniz. Əgər sizin xəstəliyiniz xroniki deyilsə, onda xəstə olduğunuz müddətdə oruc tutmağı tərk etməli və sağaldıqdan sonra həmin günlərin qəzasını tutmalısınız. Uca Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidirlər.” (əl-Bəqərə surəsi 184-cü ayə).

Əgər siz bu deyilənlərə əməl etsəniz onda günaha batmırsınız.

Yenə də hər şeyə qadir olan Allahdan istəyirik ki, O bütün xəstə qardaş və bacılarımıza şəfa versin! Amin!!!

330. Arif (Isvech,Langsyyttan)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz