Sual-Cavab

Allah onu niye ele yaradir?

Sual: Sayta gore chox teshekkurler. saytin komekliyi ile bir chox bilmediyim melumati oyrendim. bir neche sualim var. cavab vere bilseniz chox sevinerem 1.Quranda yazilib ki bir insan bashgasinin etdiyi bir emele gore cezalandirilmayacag. her kes oz emelinin mesuliyiyyetini ve cezasini chekir. bes onda bele bir sual chixir. meselen atasi ve ya anasi narkoman olan ushag shikest dogulur ve butun omru boyu shikest galir. Allah onu niye ele yaradir? axi o ushagin hech bir gunahi yoxdur ki atasi ve ya anas

Cavab:

Əs-sələmu aleykum.

Bizə etimad edib sual verdiyiniz üçün biz də sizə dərin minnatdarlığımızı bildiririk.

1. Allahın o cür valideynlərə şikəst övlad bəxş etməsi onlar üçün bu dünyada verilən cəza ola bilər. Lakin uçağın özü üçün bu hal cəza deyil, sınaqdır. Bəlkə də uşağın bu cür yaranması onun üçün daha yaxşıdır. Uca Allah buyurur: “…Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.” (əl-Bəqərə surəsi 216-cı ayə).

Həmin uşaq bu vəziyyətdə də ömrünü Allaha həsr edə bilər. O, xəstə halında etdiyi ibadətlərə görə daha çox savab qazanır. (Daha doğrusunu Allah bilir.)

2. Biz uca Allahın yalnız bu ayəsini götürməməliyik. Bu ayəni izah edən başqa ayələr də vardır. Həmin ayələrdə uca Allah bildirir ki, kim doğru yola can atarsa allah da onu həmin yola yönəldir, kim də özü doğru yoldan uzaqlaşmaq istəyərsə Allah onu azdırar. Uca Allah buyurur: “Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar! Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.” (əl-İsra surəsi 18-ci və 19-cu ayələr).

Başqa bir ayədə isə belə nuyurur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” (ən-Nisa surəsi 115-ci ayə).

Diğər ayədə də belə buyurur: “Müşriklər belə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: "Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!” (əl-Ənam surəsi 148-ci və 149-cu ayələr).

Bütün bu ayələr onu göstərir ki, insan özü hansı yolu seçərsə Allah da onu həmin yola yönəldər. Azğınlığa tərəf meyl edərsə Allah da onu həmin yola yönəldər, doğru yola meyl edərsə onu həmin yola yönəldər.

3. Qiyamət günü hər kəs Allahla öz dilində danışacaq və onunla Allah arasında heç bir tərcüməçi olmayacaqdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “...Sonra (Qiyamət günü) hər biriniz Allahın hüzurunda duracaqsınız. Sizinlə Onun arasında nə hiçab (örtuk) nə də tərcüməçi olacaqdır....” (Bu hədisi Buxari və başqaları rəvayət etmişdir).

4. Onların ruhu (şəhidlərdən başqa) qəbr həyatındadır. (Daha doğrusunu Allah bilir.)

5. Bu çox batil fikirdir. Bu cür əməl nə Peyğəmbərimizin, nə də səhabələrin dövründə olmuşdur. Həmçinin o məktubun içində yazılanların hamısı yalan, iftiralar və qeybdən xəbər verməkdir. Odur ki, bu cür məktublara məhəl verməyin və bilin ki, Allah insanın işlərini həmin məktub vasitəsi ilə deyil, təqva (Allahdan qorxub pis işlərdən çəkinmə) vasitəsi ilə avand edər. Uca Allah buyurur: “...Kim Allahdan qorxsa, Allah onun işini (dünyada və axirətdə) avand edər.” (ət-Talaq surəsi 4-cü ayə).

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com . ICQ #99931111

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz