ALLAH guranda buyurub ki dunya ne zaman mehf olacak?
Sual: ALLAH guranda buyurub ki dunya ne zaman mehf olacak? va birda cannat cahannamin hakk olmasi barada xais ediram yazardiz? Allah sizlardan razi olsun salma leykum hormatla BAHAR
Cavab:
Əs-sələmu aleykum!
Uca Allah Qurani Kərimdə Qiyamətin nə vaxt qopacağı (dünyanın məhv olacağı) barədə xəbər verməmişdir. Lakin onun bəzi əlamətlərini qeyd etmişdir. Bu barədə daha ətraflı məlumat almaq üçün “Qiyamətin əlamətləri” adlı kitabı əldə edib oxuya bilərsiniz. Bu kitabı “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonundakı “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.
Həmçinin sizə “əl-Qiyamə”, “əl-Qariə”, “əz-Zəlzələ”, “əl-İnşiqaq”, “əl-İnfitar”, “ət-Təkvir” surələrini və “əl-Həcc” surəsinin əvvəlini oxumağı məsləhət görürük. Bu surələri saytımızın “Quran” linkində tapa bilərsiniz.
Cənnət və Cəhənnəm barəsində geniş məlumat almaq üçün isə saytımızın ana səhifəsindəki məlumatı oxuya bilərsiniz.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
697. Ruslan (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz