Agar insan ramazan ayi oruc tutanda hardan ela hiss etsa ki orucu pozub,ancaq…
Sual: Salamaleykum! Agar insan ramazan ayi oruc tutanda hardan ela hiss etsa ki orucu pozub,ancaq pozub-pozmadigini daqiq bilmasa,masalan,tutaq ki dastamaz alanda suyun madasina gedib-getmadiyini daqiq bilmir,onda tasadufan gunah etmis olmasin deya ramazandan sonra 3 gun alava oruc tuta bilarmi?
Cavab:
Və aleykumus-sələm. Hər bir insan şübhəli olduğu şeyləri tərk edib yəqin bildiklərinə dönməlidir. O ki qaldı oruc vaxtı dəstəmaz alarkən ağıza gedən suya, bunu belə izah etmək olar:
Qəsdən bunu etmək orucu pozur. Odur ki, ağız və burunu yaxaladıqda ehtiyatlı olmaq gərəkdir. Qaldı ki istəmədən suyun boğaza getməsinə, bu nəinki orucu pozmur, heç savabına belə xələl gətirmir.
Odur ki, əgər dəstəmaz alarkən sizin istəmədən sizin boğazınıza su gedərsə həmin oruc səhihdir və onun üçün Ramazandan sonra əlavə oruc tutmaq olmaz.
326. MAMED (MAMEDOV)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz