3.Bayram namazini evde qilmaq olar?
Sual: Salam aleykum va rahmatullahi va barakatuh! Menim bir nece sualim var. 1.Namaz qilarken ruketlerin sayini unutduqda ve ya bilmeyerek casdiqda sehv secdesi nece edilir? 2Namaz qilarken mecburiyyet uzunden onu yarimciq kesmek olar?mes:evde hec kim yoxdur ve qapi doyulur.Bu vaxt ne etmek lazimdir? 3.Bayram namazini evde qilmaq olar? Eger suallarim coxdursa bagislayin.Evvelceden tesekkurler.
Cavab:
Və Aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
1. Namaz qılarkən rükətlərin sayını itirdikdə siz yəqinliklə bildiyiniz saya qayıtmalı və bunun üzərində namaza davam etməlisiniş. Sonda isə salamlardan öncə iki dəfə səhv səcdəsi etməlisiniz. Səhv səcdəsi namazda olan adi səcdə kimi edilir.
2. Namaz qılarkən məcburiyyət üzündən onu yarımçıq kəsmək olar. Məsələn: Çöldə namaz qılarkən vəhşi heyvanın üzərinizə gəldiyini hiss etdikdə, evdə yanğın hiss etdikdə və s.
Sizin qeyd etdiyiniz səbəb isə məcburiyyət deyil.
3. Bayram namazı cammatla çöldə və ya məsciddə qılınır. Odur ki, bu namazı evdə qılmaq olmaz.
433. Fuad ()
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz