1) Ramazan ayında dodaq boyasından istifadə etdikdə oruc batil olurmu?
Sual: 1) Ramazan ayında dodaq boyasından istifadə etdikdə oruc batil olurmu? 2) Qəlbində müsəlman hissi, onündə müqəddəs Quran, tək Allah qarşısında dua edən, lakin namaz qılmayan adamın orucu qəbul olunurmu, və ya həmin şəxs özünü müsəlman hesab edə bilərmi? 3) Hicab hər bir müsəlman qadının borcudurmu? Təşəkkür edirəm. Allah Sizdən razı olsun.
Cavab:
1) Ramazan ayında dodaq boyasından istifadə etdikdə oruc pozulmur. Lakin onu da qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək daha yaxşıdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çoxdur.
2) Bu məsələni də iki hissəyə bölmək gərəkdir:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc tutmağının heç bir faydası yoxdur; Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”
- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir.
3) Bəli hicab taxmaq hər bir müsəlman qadının borcudur. Uca Allah buyurur: “Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun. Boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);....” (ən-Nur surəsi 31-ci ayə).
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com . ICQ #99931111
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz