Sual-Cavab

1.Ilk vaxtlarda gunde 5 defe namaz qilmaq evezine 1-2 defe qilmaq olarmi?

Sual: As salamu aleykum va raxmatullaxi va barakatuxu. Menim bir az uzun sualim olacaq.Evvelceden uzr isteyirem ve bir de bu saytin teshkilatcilarina oz minnetdarligimi bildirirem. Menim ehatemde insanlarin coxu tez-tez mene dini suallarla muraciet edirler. Bildiyimi onlara deyirem. amma bezen ele situasiyalar olur ki,cixilmaz veziyyetde qaliram.Xahish edirem bunlarin bir necesinde mene komek edesiniz. 1.Ilk vaxtlarda gunde 5 defe namaz qilmaq evezine 1-2 defe qilmaq olarmi? 2.Oruc zamani dozulmez med

Cavab:

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

Bizə etimad edib sual verdiyiniz üçün biz də sizə öz dərin minnətdarlığımızı bildiririk.

1. Xeyr, bu cür namaz qılmaq olmaz. Namazları vaxtlı-vaxtında qılmaq lazımdır. Namazlarını öz vaxtlarında qılmayanlar barəsində uca Allah belə buyurur: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar).” (əl-Məun surəsi 4-cü və 5-ci ayələr).

2. Oruc zamanı dözülməz mədə ağrıları nəticəsində orucu pozmaq olar. Lakin həmin şəxs sağaldıqdan sonra oruc tutmadığı həmin günlərin qəzasını tutmalıdır. Uca Allah buyurur: “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar...” (əl-Bəqərə surəsi 184-cü ayə).

3. Örtünmək ağır gələn və buna görə namaz qılmayan qadına “Hələlik örtünmə” demək günahdır. Bu cür qadınlara yalnız belə deyə bilərsiniz: “Allah yanında, namaz qılıb örtünməyən qadın namaz qılmayan qadından daha üstündür. Hətta bu namaz qılmayan qadın örtünsə də belə.”

Allah Bizim xalqımızı doğru yola yönəltsin! Amin!!!

332. Mirzeyeva Elnara (Baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz