İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[Bəqərə, 277]
İnsanın həqiqi malı zəkat verdikləridir. Yığdıqları isə varislərinin malıdır.
[Buxari]
Yeməmək və içməmək oruc deyil. Oruc, pis söz söyləməmək, qiybət etməmək, nəfsə tabe olmamaq və yanlış hərəkətlərdən çəkinməkdir.
Abdurrahman İbn Auf kimi varlı səhabələr Allah yolunda halal ticarətin, qazancın və infaqın, Əbu Ubeydə İbn əl-Cərrah kimi səhabələr isə İslamda etibar, əmniyyət və etimadın mükəmməl nümunələri oldular. Cəfəri-Tayyar ən kritik anlarda tövhidin təbliğ və təmsil edilmə diplomatiyasının əsaslarını, Muaz İbn Cəbəl isə İslamda müctəhid səhabə olma şərəfinə nail olaraq ictihadın təməl prinsiplərini ortaya qoydu.
Yola cənnətdən başladım. Yer üzünü səyahətə çıxdım. Cənnətdən gəlib Cənnətə gedirəm. Yüküm əməldir. Yasaqlar olan cənnətdən yasaqlar olmayan cənnətə gedirəm. Bir ağac qadağasını pozarkən min qadağaları aşmaqla cəzalandırıldım. İndi bütün ağaclardan uzaq qaçıram. Bütün yasaqlara o qadağan olunmuş ağaca “baxdığım” kimi baxır, ona toxunmaqla Cənnətdən çıxarıldığımı xatırlayır, həmən uzaqlaşıram.

Bir MƏNim var idi. Mənim dediklərim, mənim sandıqlarım, mənim olduğuna inandıqlarım. Əlim, ayağım vardı, dilim, qəlbim, düşünən beynim vardı. Bütün bunlar saydıqca bitməyən nemətlər idi. Bir də nəfəsim var idi. Bütün bunların olduğunu mənə xatırladan, yaşadan, mənə həyat verən...
İdris peyğəmbərin nə zaman və harada yaşadığı məlum deyil. İbn Məsud, İbn Abbas, Mücahid və Dahhaq İdrisin Saffat surəsi 123-də adı zikir olunan İlyas peyğəmbərin başqa bir adı olduğu fikrini irəli sürmüşdülər. Müfəssirlərin çoxu isə bu fikri dəstəkləmir və Məryəm surəsi 58-ci ayədə “Adəmin nəslindən” deyilməsi, Həzrəti İdrisin İlyas peyğəmbərdən çox-çox əvvəl yaşadığını düşünənlərin qənaətini doğrulayırlar.
Bir kitab var: Oxunmaq üçün. Oxunub anlamaq üçün. Anlayıb yaşanmaq üçün. Yaşayıb şahid/şəhid olmaq üçün. Bir kitab var: Kitabların anası. Dünyanı axirətə bağlayan göbək bağı. Allahın insanlığa mesajı. Sən ey dost! Sən bu kitabı oxudunmu? Oxudunsa kim oldun? Və ya, nə oldun?
Qadağan olunmuş ağac – idraka düşünmə fürsəti verdi. “Niyə?” sualı soruldu. Niyə qadağan olunur? Öyrənmək istəyi baş qaldırdı. Bu sualla Adəm özündəki maraq duyğusunu kəşf etdi. Qadağalarla, qadağan olunmamışları ayırmaqla insan özünü kəşfə çıxdı. İradəsini, ağlını kəşf etdi. İnsanı mələkdən ayıran ən təməl keyfiyyətlərdən biri idi iradə. İradəsiz itaət istəməmişdi Allah ondan. İradəsiz itaət edən mükafatlandırılmaz, cəzalandırılmaz.
Din adına nəyin doğru, nəyin yanlış; nəyin xeyirli, nəyin zərərli; nəyin tam, nəyin əskik olduğunu təyin etmək baxımından danılmaz qaynaq Furqan olan Qurandır. Din adına söylənəcək sözlərin və ya qəbul edəcək əsasların mütləq mənada Qurana uyğun olması vacibdir. Quranla təsdiqlənmədən, başqa sözlə desək onun “razılığını almadan” heç kimin sözünə etibar edilməməlidir.
Bu məqalədə söyləmək istədiyim əsas məsələ Quranda qadın – kişi münasibətləri ilə bağlı hökmlərin əksəriyyətinin “qadınların lehinə, kişilərin əleyhinə olduğunu” göstərməkdir. Çünki Quran, “nüzul tarixi” ilə oxunduğu zaman qadınlarla bağlı nazil olan hər ayədə bir haqqın kişilərdən alınıb qadınlara verildiyini görürük və Quranın nüzulu tamamlandığında artıq qadın və kişi arasında bir fərqin qalmadığına şahid oluruq. Təbii ki, əgər Quranı Ərəb adət və ənənələrinin təsirindən sıyrılaraq oxumağı bacara biliriksə...
Görəsən, bir gecəlik qalacağı otelin neçə ulduzlu olduğuyla maraqlanan insan, əbədi qalacağı axirətilə maraqlanırmı?
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.