İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
[Bəqərə, 277]
İnsanın həqiqi malı zəkat verdikləridir. Yığdıqları isə varislərinin malıdır.
Qəndil gecələri adı ilə tanınan gecələr Rəbiuləvvəl ayının 12-ci gecəsi Mövlud, Rəcəb ayının ilk cümə gecəsi olan Rəqaib və yenə bu ayın 27-ci gecəsi olan Mirac, Şaban ayının 15-ci gecəsi Bəraət və Ramazan ayının 27-ci gecəsi olan Qədr gecələridir. Osmanlı dövləti dövründə, daha dəqiq desək, padşah II Səlimin hakimiyyət illərindən etibarən bu gecələr minarələrdə qəndil yandırılıb elan edildiyinə görə qəndil adlandırılmağa başlanmışdır.
Əllərini özlədim. Heç bir zaman heç bir kəsi özləmədiyim qədər. Özləməyin nə olduğunu anlayandan bəri Sənin əllərini özlədim və sadəcə onları özləyə biləcəyimi anladım. Sənin o şəfqətli, mərhəmətli, mənə sevgi ilə toxunan əllərini... Bu Dünyada bir Səni, bir də Sənin əllərini özlədim. Cismimə toxunan, ona surət verən, məni var edən, mənə bir şəxsiyyət qazandıran, məni formalaşdıran əllərini...

Gündüz gecədən doğar, diriliş də ölümdən. Gecə olmazsa gündüzün qədri bilinməz, ölüm olmazsa həyata dəyər verilməz. Sən, hələ yatmısan. Oyan! Yuxu ölümün əkiz qardaşıdır. Oyan! Bu gün qurtuluş günüdür. Oyan! Bu gün diriliş günüdür. Oyan! Adını tarixin silinməz yaddaşına yaza bilmək üçün oyan və Allaha dön!
Şəhid “Bütün arzularım, ibadətlərim, həyatım və ölümüm Allahın sonsuz varlığına hədiyyə olsun” deyə and içən, bu andını yerinə yetirmək üçün dualarını, ibadətlərini, həyatını və ən sonunda canını imanına şahid göstərəndir. Bax belə bir şəhidlik, öldükdən sonra yaşamaqdır. Şəhadətin sirri budur. Bu sirrə çatanların hələ də yaşadıqlarını görmürsünüzmü? Bədənləri ilə aramızda olmuş olsalar, şəhadətləri ilə etdiklərinin mində birini edə bilməzdilər. Başqa sözə ehtiyac varmı?
Bir zamanlar hər birimiz uşaq məsumluğu ilə çobanyastığı çiçəyinin ləçəklərindən mədəd ummuşuq. Sevilib sevilmədiyimizi öyrənmək üçün o çiçəyin yarpaqlarını qoparmışıq. Cavab bizi qane etməyəndə üzülmüş, bəlkə də göz yaşı axıtmışıq. Çobanyastığının bu sualın cavabını bilməyəcəyini çox gec də olsa öyrəndik. Biz böyüdükcə suallarımız da çoxaldı, o uşaq məsumluğu ilə sevdiklərimiz də dəyişdi
Abdurrahman İbn Auf kimi varlı səhabələr Allah yolunda halal ticarətin, qazancın və infaqın, Əbu Ubeydə İbn əl-Cərrah kimi səhabələr isə İslamda etibar, əmniyyət və etimadın mükəmməl nümunələri oldular. Cəfəri-Tayyar ən kritik anlarda tövhidin təbliğ və təmsil edilmə diplomatiyasının əsaslarını, Muaz İbn Cəbəl isə İslamda müctəhid səhabə olma şərəfinə nail olaraq ictihadın təməl prinsiplərini ortaya qoydu.
Yola cənnətdən başladım. Yer üzünü səyahətə çıxdım. Cənnətdən gəlib Cənnətə gedirəm. Yüküm əməldir. Yasaqlar olan cənnətdən yasaqlar olmayan cənnətə gedirəm. Bir ağac qadağasını pozarkən min qadağaları aşmaqla cəzalandırıldım. İndi bütün ağaclardan uzaq qaçıram. Bütün yasaqlara o qadağan olunmuş ağaca “baxdığım” kimi baxır, ona toxunmaqla Cənnətdən çıxarıldığımı xatırlayır, həmən uzaqlaşıram.
Bir MƏNim var idi. Mənim dediklərim, mənim sandıqlarım, mənim olduğuna inandıqlarım. Əlim, ayağım vardı, dilim, qəlbim, düşünən beynim vardı. Bütün bunlar saydıqca bitməyən nemətlər idi. Bir də nəfəsim var idi. Bütün bunların olduğunu mənə xatırladan, yaşadan, mənə həyat verən...
Ömrünüz Ramazan, Axirətiniz bayram olsun! Amin. Azerislam.com
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.