Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.
[Ali İmran 133]
Adi İbni Hatim (r.a) dan rəvayət edildiyinə görə, Rəsulullah (s.a.s) bele buyurdu: Rəbbiniz arada bir tərcüməçi olmadan sizinlə danışacaqdır. İnsan sağına baxar, öncədən gördüyü yaxşı işləri görər, soluna baxar vaxtı ilə etdiyi pis əməlləri görər. Önünə baxar önündə sadəcə cəhənnəmi görər. Yarım Xurma ilə də olsa özünüzü Cəhənnəmdən qoruyun.
Buxari Zəkat 9, Müslim Zəkat 67
Biliyin ağası olmaq üçün, çalışmağın uşağı olmaq şərtdir.
Siz müsəlmanların dini zəmində mübahisə etdyini gördükdə nə edərdiniz?
İmam Əhməd bin Hənbəlin vaxtında yaşayan Haris əl-Muhasibi bu kitabında ayə və hədislər işığında oxucunun əlindən tutaraq ölümdən sonra başına gələcəkləri addım-addım yaşatmağa çalışmışdır. Bu kitabı oxuduğunuz zaman Cənnətin nemətlərini dadmış və Cəhənnəmin yandırıb-yaxan qaynarlığını ənsənizdə hiss etmiş olacaqsınız.
Rəcəb ayı Hicri təqvim aylarının yeddincisidir. “Rəcəb” kəliməsi hər hansı bir şeydən utanmaq, qorxmaq, heybətindən çəkinərək hörmət etmək mənasını ifadə edir. Cahiliyyə dövrü ərəbləri bu ayda öz bütləri üçün qurban kəsərdilər. Ərəb ayları arasında müqəddəs sayılan bu ay “əşhurul-hurm”dan - haram aylardan biri sayılır. Haram aylarlarda müharibə etmək ərəblər arasında qadağan sayılırdı. Bu ənənə Məkkəlilərin bu aylarda məişət ehtiyaclarını və Kəbə zəvvarlərının təhlükəsizliyini təmin etməkdən ötrü idi. Hətta bu ənənə İslamın ilk dövrlərində də tətbiq olunurdu.
Geri qaytarılmaq şərti ilə verilən pul və ya əşyaya borc deyilir. Fiqhi termin olaraq “deyn” adlanır. İnsanların bir-biriləri ilə köməkləşmə yollarından biri də borc alıb verməkdir. Borc alıb vermə İslamda nağd pul kimi sayıla bilən, buğda, arpa kimi ölçülə bilən, yaxud qızıl, gümüş və ət kimi çəkilə bilən, mallarla da verilə bilər.
Qurani Kərimdə zikr olunan, israil oğullarına göndərilmiş peyğəmbərlərdən biridir. İsrail oğullarının Yahuda qəbiləsindən Yasanın səkkizinci oğludur. Bəşəriyyət hərə dəfə yolunu azıb zəlalət bataqlığına düşdüyündə, Allah təala onları bu bataqlıqdan xilas etmək üçün peyğəmbərlər yollamışdır. İsrail oğullarına da bir çox peyğəmbər göndərilmişdir.
Azan gündə beş dəfə müsəlmanları bəlli bir yerdə namaz qılmaları və namaz üçün toplanma vaxtının gəldiyini bildirən çağırış vasitəsidir. Ərəbcə bir kəlimə olaraq Azanın mənası (Bildirmək, elan etmək deməkdir) Azan vacib dərəcəsində sünnətdir.
Bir kimsənin arxasından onun xoşuna gəlməyən sözləri söyləmək qeybətdir. Xalq arasında dedi-qodu, qeybət ilə eyni mənada istifadə olunur. Bir insanın bədəni, nəsəbi, əxlaqı, işi, dünyası, geyimi, evi, maşını dedi-qodu mövzusu olar bilər. Gözünün çəpliyi, saçların dazlığı, uzun və ya qısa boyluluq, qara və ya sarı rəngdə olması, bunları ələ salmaq məqsədi ilə danışmaq insanın qəlbini qırar.