Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.
(Ali-İmran, 8)
Allah qatında heç bir şey iki damla və iki izdən daha sevimli deyildir. Allah qorxusu ilə axıdılan göz yaşı damlası və Allah yolunda tökülən qan damlası. İki iz isə, Allah yolunda çarpışarkən alınan yara izi və Allahın əmr etdiyi fərzlərdən birini yerinə yetirməkdən qalan qulluq izidir.
Tirmizî, Fəzâilü’l-cihâd 26
Gözünüz açıq və ayıq olsun, siz sanki bir savaş meydanındasınız, bu meydanda isə nizənin haradan gələcəyi bilinməz. Nəfsinizə yiyə durun, ona dəstək olmayın!