Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər?
[Əl - İnşiraq, 20-21]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
Ziyarəti təfəkkürə çevirmək, onu ibadətə çevirməklə ekvivalentdir. Ziyarəti təfəkkürə çevirmək üçün mütləq iki şeyə çox diqqət yetirməlisən: 1. Ziyarət etdiyin yeri səcdəgah və totem halına gətirib bir gözəl bütə çevirməməyə. 2. Ziyarət etdiyin məkanın, zamanın dərinliklərindən qucaqlayıb gətirdiyi mesajı dinləməyə və mənimsəməyə.
Könül istəyərdi ki, ümmətin qanayan yaraları həcc mövsümündə alınacaq ortaq qərarlarla sarılsın. Dünyanın ac uşaqları doydurulsun. Çılpaq uşaqları geydirilsin. Bir yarım milyardlıq nəhəng bir kütlənin məzlumun yanında, zülmün qarşısında olunduğu bəyan edilsin.

Əvvəl "lə" dedin. "Lə" "yox", "xeyr" deməkdir. Hər lə, bir rədd, bir tərk etmək, bir etirazdır. "Lə" dediyin kimi tərk etməlisən. Hər şeyi amma hər şeyi atmalısan. Anadan doğulduğun kimi soyunduqdan sonra, eynilə qəbrindən qalxıb məhşərə gedən biri kimi kəfənini əyninə geyinməlisən. Paltarın yalnız iki parça tikişsiz, boyasız, bəzəksiz, sadə və ağ bezdən ibarət olmalıdır.
Dayan! Əlini qolunu yelləyərək beləcə Hərəm bölgəsinə girə bilməzsən. Hələ Adəm olmadın, halbuki adam olmağın əvvəl Adəm olmağından başlayır. Möhtərəm qılınmış bir torpağın sərhədindəsən. Bu sərhədlərə mikat deyilir. Unutma ki, bu sərhədlər, mələk Cəbrayıl vasitəsilə Allah tərəfindən təyin olunmuşdur. Mikatı məhşərin sərhədi də saya bilərsən. Yola hansı texniki vasitə ilə çıxarsansa çıx, hökmən sənə ən yaxın mikatta məhşər paltarını geyinməlisən.
Adəmsiniz. İtmiş cənnətinizi axtarışa çıxacaqsınız. İtmiş cənnətinizi, yəni itirdiyiniz özünüzü, uzaqlaşdığınızı, fitrətinizi, günah və üsyanla kirlətdiyiniz vicdanınızı, xarabaya dönən ürəyinizi, antik və modern xurafatların zibilliyinə dönən ağlınızı, bir sözlə özünüzü axtarışa çıxacaqsınız.
Həcc ibadətini diriltməyə həccin klassik tərifindən başlamaq lazımdır. Həcc üçün deyilən klassik təriflərdə "gedə bilmək imkanı" vurğulanaraq, bunda məqsədin maddi imkan olduğu açıqlanır. Halbuki həccin tərifi verilərkən, Ali İmran surəsinin 97-ci ayəsinə istinad edərək əvvəlcə bu fərzin ümumiliyi vurğulanmalıdır.
Yenidən dirilişin doğuluş halıdır ölmək. Ana bətnindəki kimi doğuluşunu gözləyərsən qəbrində. Tək fərqi istədiyin kimi təkmə-tokat ata bilməməyin. Amma ümidlə gözləyərsən doğulmağını, cənnəti xəyal edərsən. Səslər duyarsan ətrafdan cavab verə bilməzsən. Ya da darıxasan kimlər üçünsə, gəlsin səsini duyasan deyə həsrətlə gözləyərsən.
Ağıl, hər insanda fərqli, hər insanda müxtəlif səviyyədədir. Eyni hadisədən fərqli nəticə çıxartmaq ağılın «səviyyəsinin» göstəricisidir. Allahı tanımaq, Onun kitablarını oxuyub anlamaq, söylədiklərinə iman etmək bilikli insanın deyil, ağıllı insanın işidir
"Yer üzünün müəllimi ola bilmək üçün göy üzünün tələbəsi olmaq lazımdır"
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.