Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər?
[Əl - İnşiraq, 20-21]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
Tövbə dilimizə tərcümədə dönmək deməkdir. Həm də 180 dərəcədə. Şeytana arxa çevirmədən yeni oyuna başlamaq mümkün deyil. Dönəcəksən. Lap başlanğıca. İlk səhnəyə. Pərdələri yenidən açdıracaqsan. Allahın hüzurunda qulluq vəzifəni icra edirmişcəsinə hayqıracaqsan: Yoxdur ilah var yalnız Allah. Şeskpirin «to be or not to be» frazasını dərk edəcəksən.
Biz kimik? Sualın cavabını anlamaq üçün verdiyimiz sədəqələrə, etdiyimiz əməllər bir nəzər salaq. Allah adına düzənlənən toplantılara, konfranslara sevgilimizlə görüşə getdiyimiz kimimi gedirik, yoxsa qaynanamızla görüşə getdiyimiz kimimi? İbadətlər bizim üçün nədir? Çiynimizdə daşıdığmız bir meyidmi, yoxsa qəlbimizdə daşıdığımız bir sevgimi? Qabilmiyik, Habilmiyik?
Bir müsəlman tarixdən dərs almasa hər gün o müsibəti yaşayar, amma yaşadığının fərqində əsla olmaz. Tarix dərs almaq üçündür. Dövrünün yezidi peyğəmbər nəvəsi Hüseyni qətl edəndə kim hansı safda dayanmışdı? Niyə o safda, niyə o əqidədiə idi? Bu sualın cavabını bilməyən yaşadığı dövrünün yezidinin safında dayanar, dövrünün «Hüseyni» qətl edər, sonra da gedib ildə bir dəfə Peyğəmbər nəvəsinin ölümünə ağlayar. Hələ də Kərbəlada Hüseynlər şəhid edilir.
Həzrəti Hüseyn "əqidə" üçün, Yezid "qəbilə" üçün savaşmışdı. Rəsulullahın "Anam atam sənə fəda olsun" dediyi iki adamdan biri olan Saad b. Əbu Vaqqasın oğlu və Yezidin Həzrəti Hüseynin üzərinə saldığı ordunun komandiri Ömər b. Saad "qənimət" üçün savaşırdı.
Mədinəyə mütləq gedin. Amma öncə qəlbinizi, özünüzü mədinələşdirin. Gedərkən xəyalınızı da özünüzlə aparın. Gördüklərinizin sizi xəyal qırıqlığına uğradacağını bilsəniz belə mütləq gedin. Gedin ki, orada dua edə biləsiniz. Gedin ki, bütləri yenidən qırmaq cəsarətiniz olsun. Bədirdə söz verin, Uhudda and için, Xəndəkdə özünüzlə şeytanınız arasında çala qazın.
"Ölüm" dünya dəyişdirməklə əlaqədar bir hadisə deyil. Əsl "ölüm" düşünən ürəyin ölümüdür. Vəhyin inşa etdiyi bir ağıl bunu belə anlayır. Ölüm, düşüncəsizlikdir, şüursuzluqdur. İrtihalından sonra belə yüz milyonlarla ölü ürəyə can qatan, yüz milyonlarla qadın və kişinin şüurunu inşa edən Peyğəmbər, necə "ölü" deyə ziyarət edilər? O, ölüdürsə, diri kimdir?
Ziyarəti təfəkkürə çevirmək, onu ibadətə çevirməklə ekvivalentdir. Ziyarəti təfəkkürə çevirmək üçün mütləq iki şeyə çox diqqət yetirməlisən: 1. Ziyarət etdiyin yeri səcdəgah və totem halına gətirib bir gözəl bütə çevirməməyə. 2. Ziyarət etdiyin məkanın, zamanın dərinliklərindən qucaqlayıb gətirdiyi mesajı dinləməyə və mənimsəməyə.
Könül istəyərdi ki, ümmətin qanayan yaraları həcc mövsümündə alınacaq ortaq qərarlarla sarılsın. Dünyanın ac uşaqları doydurulsun. Çılpaq uşaqları geydirilsin. Bir yarım milyardlıq nəhəng bir kütlənin məzlumun yanında, zülmün qarşısında olunduğu bəyan edilsin.
Əvvəl "lə" dedin. "Lə" "yox", "xeyr" deməkdir. Hər lə, bir rədd, bir tərk etmək, bir etirazdır. "Lə" dediyin kimi tərk etməlisən. Hər şeyi amma hər şeyi atmalısan. Anadan doğulduğun kimi soyunduqdan sonra, eynilə qəbrindən qalxıb məhşərə gedən biri kimi kəfənini əyninə geyinməlisən. Paltarın yalnız iki parça tikişsiz, boyasız, bəzəksiz, sadə və ağ bezdən ibarət olmalıdır.
Dayan! Əlini qolunu yelləyərək beləcə Hərəm bölgəsinə girə bilməzsən. Hələ Adəm olmadın, halbuki adam olmağın əvvəl Adəm olmağından başlayır. Möhtərəm qılınmış bir torpağın sərhədindəsən. Bu sərhədlərə mikat deyilir. Unutma ki, bu sərhədlər, mələk Cəbrayıl vasitəsilə Allah tərəfindən təyin olunmuşdur. Mikatı məhşərin sərhədi də saya bilərsən. Yola hansı texniki vasitə ilə çıxarsansa çıx, hökmən sənə ən yaxın mikatta məhşər paltarını geyinməlisən.
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.