| KİTABIN ADI |
MÜXTƏSƏR ŞƏRHİ |
ƏMƏLİYYATLAR |
| Həvva Səlim |
Quran ayələri işığında ibadət şəkilləri. "Hal"ın elmi bilnməsə xurafat din deyə tətbiq olunar. İnsan, nə etdiyinin, niyə etdiyinin və necə etdiyinin elminə vaqif olmalı. |
Mündəricat
|
| Həvva Səlim |
Biz bu əsərimizdə əsasən “Təqva Şüuru”ndan danışacağıq. Təqvanın insan həyatındakı yerini təsbit etməyə, onun məzmunundakı sevgi, məsuliyyət, qorxu və ümid ünsürlərini günümüzə daşımağa səy göstərəcəyik.
Müəllif KERİM ECE |
Mündəricat
|
| İhsan Süreyya Sırma |
İslam tarixinə baxış |
Mündəricat
|
| Həvva Səlim |
Quranın müfəssəl təfsiri. Qısa surələr. |
Mündəricat
|
| Harun Ünal |
O halda diqqət edin! Şübhəsiz ki, sözün ən doğrusu Allahın Kitabı Qurandır. Yolun ən xeyirlisi də Muhəmmədin (sas) göstərdiyi yoldur. İşlərin və bidətlərin ən pisi də sonradan uydurulanlardır. Çünki sonradan uydurulan və dinə əlavə olunan hər şey bidət, yəni dində bir yeniləmə və yenilikdir, yeni bir dindir. Hər bidət azğınlıqdır, azğınlıq da atəşdir" |
Mündəricat
|
| Həvva Səlim |
Örnək insanların həyatını öyrənmək |
Mündəricat
|
| Məhmət Alaqaş |
O dünyadan xəbərlər... |
Mündəricat
|
| Yusif Qardavi |
Kitab "IDRAK" İctimai Birliyinin təşəbbüsü ilə nəşr olunub. www.idrak.org.az Tərcümə edən və redaktor: Elvüsal Məmmədov
Kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunur. DK-239/Q |
Mündəricat
|
| Həvva Səlim |
Peygəmbərlərə Qurani bir baxış. |
Mündəricat
|
| Mustafa İslamoğlu |
İmanın əxlaqı qarşılığı “güvən”, əqidəvi qarşılığı “inanc”dır. İnanmaq işin əqidəvi qismini, güvənmək əxlaqi qismini meydana gətirir. Bir insan düşünün ki: Bir imana sahibdir, amma bir iman əxlaqına sahib deyil. |
Mündəricat
|
| Həsən Əkər |
Dünyadakı bütün yollar ölümə gedir. Ölümdən sonra yollar tək yola çıxır, o da Allaha gedir. Allahdan başlayan yol yenə də Allahda bitir. |
Mündəricat
|
| Mühsin Demirci |
Əxlaqi və insani dəyərlərin tamamilə itdiyi, bəşəriyyətin cəhalət qaranlıqları altında qıvrılıb durduğu bir zamanda hidayət üfüqündə doğan bir günəş cahana elm və hikmət nurlarını yayaraq insanlığı tarixin qaranlıqlarından aydınlığına çıxarmışdı. Şübhəsiz ki, bu günəş Qurandır. Onun sahib olduğu səmavi feyzləri və həyati qüvvəti ortaya çıxaran elm sahəsi isə Təfsir elmidir. Təfsir, məlum olduğu kimi Quranın dil baxımından təhlil edilməsi və mətninin anlaşılması üçün lazımı məlumatların bir yerə toplanması ilə həyata keçirilən bir fəaliyyətdir. |
Mündəricat
|
| Mustafa İslamoğlu |
Mədinə əvvəlcə ürəklərdə quruldu, möminlər ona Məkkədə hamilə qalmışdı. Mədinə Dövləti, kökslərində bir müjdə kimi bəsləyib böyütdükləri bu nur parçası körpənin doğuşunun adıdır. |
Mündəricat
|
| Həsən Hafizoğlu |
Müsəlman olmaq və özünü İslama aid etmək, ancaq İslama uyğun praktiki əməllərlə mümkündür. Şüphəsiz ki, Allaha iman etməyin nə demək olduğunu dərk edən bir möminin edəcəyi ilk tövhid əməli namazdır. |
Mündəricat
|
| Mustafa İslamoğlu |
Dinin nəsihət olduğu qanununu nəzərə alaraq oxunacaq olan kitabın, oxucuya, fikri və əməli sahədə çox şeylər verəcəyinə inanır, Rəbbimizdən xeyrlərə vəsilə etməsini niyaz edirik. |
Mündəricat
|
| Mustafa İslamoğlu |
Həcc, bir sözlə möhtəşəm ibadət! Ehtişamı, mənasında deyil, mahiyyətindədir, yəni daşıdığı ruh və saxladığı potensialda gizlidir. Əgər həcc ibadəti itirdiyi ruhuna yenidən qovuşsa, içində daşıdığı potensial özünü büruzə verəcək və bu insanlıq üçün bir "bası ba'dəl – məvt" [yenidən diriliş] müjdəsi olacaq. Həcc, Quranın dili ilə, "Allahın simvollarından" [min şə'airillah] ibarət olan bir ibadətdir. |
Mündəricat
|
| Yeganə Mirzəyeva |
Bu kitab bir Ramazan ayında doğulan düşüncələrimin sizinlə paylaşılmasıdır. Çünki, mənim dinim paylaşanların dinidir. Sahib olduğumuz şeylərdən Allah yolunda paylaşmaq, bölüşmək. İstər maddi, istər mənəvi. Və mən də bu kitabla düşüncələrimi sizinlə paylaşıram. Və bu fürsəti mənə lütf edən Allaha həmd edirəm. Həmd olsun bizə düşünmək, Onu tanımaq neməti bəxş edən mərhəmətli Allahımıza. Zatən ondan başqa tərifəlayiq kimsə yox. |
Mündəricat PDF formatı |
| İmam Nəvəvi |
MÜSƏLMANIN HƏYAT ÖLÇÜLƏRİ |
Mündəricat
|
| Əlixan Musayev |
İmam Hüseynin başına gələn müsibətlər İslam tarixinin ən kədərli hadisələrindən biridir. Bu hadisələr həm də gələcək nəsillər üçün bir məktəbdir ki, İslama bağlanmaq və bu dində sıx birləşmək zərurətini bildirir. İmam Hüseyn da məhz belə düşünüb və belə yaşayan insanlardan olub. Onu sevən insanlar da onun kimi dinə layiqincə xidmət edib müsəlmanların birliyinə çalışmalıdırlar. Bu risalə həmçinin bu hadisədən irəli gələrək parçalanan ümmətin, elmsizliyi ucbatından bir-birinə düşmən kəsilən tərəflərin birliyinə bir səslənişdir. Sözü gedən və buna oxşar tarixi hadisələr biz müsəlmanların birliyinə, isti münasibətlərinə, mehribançılığına təsir göstərməməlidir. Anlamalıyıq ki, güc birlikdədir. İxtilaf isə birliyi sarsıdır və deməli gücümüzü də tükəndirir. Keçmişi xatırlayaraq müsəlmanların arasına ikitirəlik salan, onların arasında fitnə-fəsad yayan münafiqlərin isə vay halına. |
PDF formatı |
| Əlixan Musayev |
Bu kitabın haşiyәsindә yazılan bәzi kәlmәlәrin izahı, İnb Hәcәr әl-Әsqәlaninin «Sәhihu-l-Buxari»yә vә әn-Nәvәvinin «Sәhih Müslim»ә verdiyi şərhdәn, hәmçinin hәdislәrdәn çıxarılan nәticәlәr dә bu mәnbәlәrdәn vә bir dә Abdullah ibn Әbdürrәhman ibn Saleh Әli Bәssәmin bu kitaba verdiyi şərhindәn götürmüşəm. |
PDF formatı |
| Əlixan Musayev |
Bu kitabçada hәr kәsi dünyadan köçdükdәn sonra gözlәyәcәk bәzi hadisәlәrә toxunulur vә ilkin olaraq verilәcәk üç sual barәsindә bәhs edilir. |
PDF formatı |
| Ramil Soltanov |
Əsrlərdir insanları düşündürən, onlar üçün qaçınılmaz olan və heç zaman çarə tapa bilmədikləri bir reallıq mövcuddur. Bu reallıq dünya durduqca öz qüvvəsində qalacaq və cismində ruhu olan hər bir məxluq onunla gec‐tez qarşılaşacaq. Bu risaləmizdə haqqında danışacağımız ölüm elə bir şeydir ki, hər bir nəfs onu dadacaq... |
PDF formatı |
| Əlixan Musayev |
Kitabça, müxtəlif səbəblərə görə tez-tez səfərə çıxan qardaşlarımızın xahişi nəzərə alınaraq tərtib edilmişdir. Burada, uzaq və ya yaxın yola çıxmasından asılı olmayaraq, müsəlmana səfərə aid kifayət qədər zəruri dini-əxlaqi məziyyətli məlumat və biliklər verilir, səfərdə namaz qılınması, oruc tutulması və müsafirliyin digər xüsusiyyətləri ilə əlaqəli başqa bu kimi məsələlər barədə şəriət qaydalarından bəhs edilir. |
PDF formatı |
| Mustafa İslamoğlu |
Bu risalə klassik mənada bir təfsir olmağın bütün keyfiyyətlərini daşımaya bilər. Beləki, bu çalışma Quran qissələri üzərində işlənilmiş orijinal çalışmaların təvazökar nümunəsi sayıla bilər. Bu əsər Qahirədə verdiyimiz təfsir dərslərinin kitablaşmış halıdır. Əslində bu risalənin yazılma məqsədi praktiki qayğılardan qaynaqlanaraq müsəlmanların yaşadıqları problemlərin həllində Quranın inkar edilməz yardımına diqqət çəkmək, səadət və qurtuluşun qaynağı olan Kitabi Kərimimizdən hər tərəfli istifadəni artırmaqdır. «Allah alimdir» və «O, hər şeyin özünü biləndir» |
PDF formatı |
| Haris əl-Muhasibi |
İmam Əhməd bin Hənbəlin vaxtında yaşayan Haris əl-Muhasibi bu kitabında ayə və hədislər işığında oxucunun əlindən tutaraq ölümdən sonra başına gələcəkləri addım-addım yaşatmağa çalışmışdır. Bu kitabı oxuduğunuz zaman Cənnətin nemətlərini dadmış və Cəhənnəmin yandırıb-yaxan qaynarlığını ənsənizdə hiss etmiş olacaqsınız. |
Mündəricat
|
| Ramil Soltanov |
Uca Allah cümə namazını müsəlmanlara cümə günü qılmağı əmr etmişdir. Bu, Allahın bizə bəxş etdiyi böyük bir nemətdir. Məhz bu gündə müsəlmanlar bir yerə toplaşır, Allah və Rəsulunun (s.a.s) kəlamını eşitdikdən sonra namaz qılaraq oradan ayrılırlar. Ayların ən xeyirlisi Ramazan, gecələrin ən xeyirlisi qədr, günlərin ən xeyirlisi isə cümə günüdür. |
PDF formatı |
|
İslamdan əvvəlki dinlərin alimləri Allahın onlara göndərmiş olduğu dini təhrif etdiklərinə və haqqı insanlardan gizlətdiklərinə görə dövrlərinin ən şərli insanları hesab olunurlar. İslamın qaranlığa doğan günəş kimi vüsətindən sonra isə bir çox başqa nəsnələrdə olduğu kimi elm adamlarına – alimlərə olan münasibət də köklü surətdə dəyişməyə başladı. Hazırda müsəlman ümmətində ən hörmətli və şərəfli insanlar alimlər hesab olunurlar. Məhz buna görə müsəlmanların çoxunu narahat edən və İslam elmində zəif olan insanlara qaranlıq qalan mühüm məsələlərdən biri də böyük alimlərin ixtilaf etmələridir... |
|
| Samin Şirvani |
Hörmətli oxucu, bu kitabın çox hissəsi Şeyx Abdu‐l‐Aziz ibn Bəzin təqdim etdiyi Şeyx Məhəmməd ibn İrahim əl‐Həmədin “əd‐Dua” kitabının, qalan hissəsi isə öz sözlərim və bir neçə mötəbər kitabların bəhrəsidir. Kitab adından məlum olduğu kimi İslam dininin ən mühüm məsələlərindən biri olan dua və onun əhkamlarından bəhs edir. Duanın İslamda böyük bir yeri vardır. Çünki dua etmək Allah‐Təalaya yaxınlaşmaöa səbəb olan ən böyük amillərdən biridir. Allah‐Təala “Qurani‐Kərim”də bir neçə ayədə qullarına Ona dua etmələrini əmr etmiş, duanı tərk etməkdən çəkindirmiş, Ona səmimi qəlbdən dua edənlərin savaba nail olduqlarını bildirərək onları mədh etmiş və hətta, duanı ibadət adlandırmışdır. Həqiqətən də dua hər bir xeyrin açarı və hər bir şərin qıfılıdır. Dua Allah‐Təalaya ən sevimli bir əməl olduğu üçün Öz müqəddəs kitabı olan “Qurani‐Kərim”i dua ilə başlayaraq dua ilə də bitirmişdir… |
PDF formatı |
| Əlixan Musayev |
Dinimizin əsas tərkib hissəsi olan əxlaq problemi bu gün də bəşəriyyətin gözəl inkişafı qarşısında öz aktuallığını itirməyib və deyərdim ki, daha da böyük əhəmiyyət kəsb edir. Bu məsələyə tez-tez mətbuatda, televiziya və radio proqramlarında toxunulur. Sözsüz ki, bu çox müsbət haldır. Və əxlaq mövzusu ilə bağlı təşkil edilən hər belə müzakirələrdə əxlaqi keyfiyyətləri insanlara örnək ola biləcək bir meyar axtarışı da olur. Sözsüz ki, fikir azadlığına məxsus hər bir şəxs əxlaq məsələsində müəyyən meyarlara söykəndiyini ifadə edir. Mən də öz növbəmdə bu risalə vasitəsilə özüm üçün seçdiyim əxlaqi meyar barədə sizinlə söhbət açmağı qarşıma məqsəd qoymuşam. Əminəm ki, belə bir nümunəvi insan digər məsələlərdə olduğu kimi əxlaq məsələsində də Peyğəmbərimizdir (s.a.s). |
Mündəricat
|
| Ramil Soltanov |
Gecə namazı vacib buyurulmuş namazlardan sonra ən fəzilətli namaz sayıldığına görə bu risaləmizdə məhz bu namaz barəsində danışacağıq. |
PDF formatı |
| Əlixan Musayev |
İslam tarixinə nəzər salsaq görərik ki, neçə-neçə Allah bəndəsi İslamı yaşamış və müsəlman olaraq həyatdan köçmüşdür. Onlar hal hazırda aramızda olmasalar da gözəl əməlləri sayəsində adları bu günədək imanlı insanlar kimi xatırlanmış və gələcək nəsillərə tanıdılmışdır... |
PDF formatı |
| Əlixan Musayev |
Bu kitabda İslamın elmə verdiyi qiyməti, həm də təmiz və saf dinimizin cahillikdən, xurafatdan, terrordan və s. bu kimi əsassız ittihamlardan uzaq olmasını ortaya qoylub. |
PDF formatı |
| Əlixan Musayev |
Imam Əli demişdir: «Peyğəmbərimizin səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər də belə vəsiyyət etmişdir». "Biharu-l-Ənvar", 22/305-306 |
PDF formatı |
| Əlixan Musayev |
Müsəlman qardaş və bacılarım! Bu müxtəsər və maraqlı risalə sizi ədalətli olmağa sövq edər və hər bir haqqı olanın haqqını ödəməyə vadar edər. Bu haqlar hər bir müsəlman üçün ən mühüm olan haqdır və bu haqları ödəmək hər bir müsəlmanın borcudur. |
PDF formatı |