"Əgər sən onlardan: "Göyləri və yeri kim yaratmışdır?"– deyə soruşsan, onlar mütləq: "Allah!"– deyəcəklər. De: "Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?" De: "Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!""
[Zümər, 38]
Aişə (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.s) zövcələrindən bəzisi Peyğəmbərdən: “Hansımız sənə daha tez qovuşacaq?”– deyə soruşdular. O: “Əli ən uzun olanınız”– deyə cavab verdi. (Belə deyəndə) onlar bir qamış götürüb qollarını ölçməyə başladılar. Ən uzun qollu Səudə idi. Lakin sonra Zeynəb bint Cəhş vəfat etdikdə biz başa düşdük ki, "uzun əl" deyildikdə, sədəqə (vermək) qəsd edilirmiş. O, hamımızdan tez Peyğəmbərə qovuşdu. Həqiqətən o, sədəqə verməyi sevirdi.”
[əl-Buxari, 1420]
İslamın ən böyük düşməni cəhalət olduğu kimi, vəhdətin də ən böyük düşməni asabiyyətdir. Asabiyyət fərqliliyi üstünlük bilməkdir.