Diqqət, diqqət! Kitabxanamız artıq yeni kitablarla zənginləşir. "Dua və Əhkamları", "Alimlərin ixtilafı", "Cümə namazı" və "Ölümə qədər" adlı elmi bilgilərlə imanınızı artırın...
İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.

əl-ənkəbut 7


Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Sizdən biriniz dua etdiyi zaman qəti bir istək ilə dua etsin. "Allahım istəsən mənə ver" deməsin. Çünki Allahı buna məcbur edəcək bir şey yoxdur"

(Səhih Buxari, Daavat 21; Muslim, Zikr 7)


Yalnız çətin anlarında Allaha dua edənin misalı 30 gün işə gəlməyib 31-ci gün maaş almağa gələnin misalı kimidir.
 
Abunə olmaq
İmtina etmək
Siz müsəlmanların dini zəmində mübahisə etdyini gördükdə nə edərdiniz?

Düzgün mövqe tutub mubahisəyə qoşularam
Dini bilgilərimin az olduğunu nəzərə alıb mübahisəyə qarışmaram
Müsəlmanların mübahisə etdiyinə dözə bilmədiyim üçün oradan uzaqlaşaram
Onlara sakitləşməyi və məsələni başqa vaxt müzakirə etməyi məsləhət görərəm
Onları Allah xatirinə barşdıraram
Məsələni başqa vaxt müzakirə etməyi məsləhət görərəm və özüm də müzakirəyə sübütlarla hazırlaşaram

Nəticələrə bax

HÖRMƏTLİ XANIMLAR VƏ BƏYLƏR, BUNLARI ETMƏYİN!
[ Ailə / 2611 dəfə baxılıb ]   
 
Bismilləhirrəhmanirrəhim


Müsəlman ailələr üçün kiçik də olsa nəsihətlər vermək istəyirik. Burada qısa və konkret formada yazılmış amma ailədə ər-arvad arasında çox yayılmış məsələlər var. Bu məsələlərdən nə qədər çəkinə bilsəniz, aranızdakı sevgi və məhəbbət də saf və möhkəm olar.

Hörmətli ər! Həyat yoldaşın zərif cinsin nümayəndəsi olduğu üçün səndən çox fərqlənir. Bir insan kimi onun xasiyyətinə və xüsusiyyətlərinə diqqət etməlisən. Aşağıda yazılanları çalış həyata keçir və xanımının sevgisini qazan:
- Heç düşünmə ki, o da sənin kimi fikirləşir və sənin kimi hərəkət edə bilər. O qadındır və təbii ki, səndən fərqli olmalıdır.
- Ona qarşı soyuqluq və boşluq göstərmə! Ona sevgi, rahatlıq və alicənablıq göstər, onun bunlara çox ehtiyacı var.
- Onun şikayətlərini başdan etmə! Çünki onun mənəvi və ruhi dəstəyə ehtiyacı var.
- Ona hədiyyə almaqda və onunla gəzintiyə çıxmaqda paxıllıq etmə! Çünki qadın, paxıl ərə nifrət edər.
- Onun ailəsini ziyarət etməkdən və baş çəkməkdən imtina etmə, bununla sən onun sevgisini tədricən itirirsən. Çünki qadın, kişidən fərqli olaraq ailəsinə daha çox bağlı olur.
- Bəzən onu qısqandığını göstər, çünki bu ona qadınlığını daha çox hiss etdirir və razı salır.
- Onunla incə davranmaqdan, incə toxunmaqdan və oynamaqdan çəkinmə! Bu onun qadınlıq hisslərini doyurur.
- Açıq-aydın şəkildə onun eyblərini üzə vurma! Çünki o, tənqidi sevmir.
- Onu dinləməkdən üz çevirmə! Çünki qadın onu dinləyənlərə rəğbət bəsləyir.
- Ona xəyanət etmə! Qadına həyatda ən ağır gələn şey xəyanətdir.
- Onunla və onun hisslərilə istehza etmə, lağa qoyma! Qadın zərif məxluqdur, bu isə onu tez qırır və yaralayır.
- Səndən istədiklərini unutma! Çünki unutsan, sənin gözündə özünü qiymətsiz hiss edəcək.
- Onu aldatma və məyus etmə! Çünki qadın həmişə güvəndiyi və onunla rahatlıq hiss etdiyi bir şəxs axtarır.
- Ailədə və evdə olan ehtiyacları vaxtında ödəməkdən qaçma! Bununla o, sənin onu çox sevdiyini hiss edəcək.
- Problemlərlə üzləşərkən, sənə verdiyi fikirləri və rəyləri lağa qoyma! O özünü çox əhəmiyyətsiz sayacaq.
- Ondan həmişə ağıllı və məntiqli həll gözləmə! Çünki qadının hissləri ağlından daha güclüdür.
- Ev işlərində ona çox deyinmə və hər şeyi söz atma! Bununla o daha rahat hərəkət edəcək və evdə özünü bir şəhzadə kimi hiss edəcək.
- Onu övməkdən, işlərini və yeməyi yaxşı hazırladığına görə, paltarlarına və gözəlliyinə görə ona gözəl sözlər deməkdən çəkinmə! Bu qadınlara daxili və mənəvi dayaqdır.
- Unutma ki, qadın, sən keçirmədiyin hallardan və vəziyyətlərdən (hamiləlik, doğuş, aybaşı) keçir. Bu mərhələlərdə onunla ehtiyatlı və diqqətli davran.
- Rəfiqələri və qohumları ilə olan əlaqələrini kəsmə və onu sıxma. Qadın, ictimai əlaqələri daha çox sevir.


Hörmətli xanım!Ərinin xasiyyətinə diqqətlə fikir ver ki, onun razılığını qazanasan və ikiniz də həyatda xoşbəxtliyə və səadətə nail olasınız. Aşağıda yazılanları çalış həyata keçir və ərinin sevgisini qazan:
- Özünü onunla heç müqayisə etmə, cünki o səndən çox fərqlidir.
- Bəzən təklikdə olmaq istədiyini görüb ona hücum etmə. Kişilər bəzən problemlərini həll etmək üçün təkliyi sevirlər.
- Onu qıcıqlandırma! Kişi həmişə ağır və ciddi olur və təbii ki, tez əsəbləşir və səbri tükənir.
- Sənin rəğbət bəslədiyin şeyləri onun da etməsini gözləmə! Çünki o, səndən fərqli olaraq başqa üslubda hərəkət edir.
- Öz üslubunla və rəyinlə onu məcbur etmə! Kişi qadının tərsliyini və inadkarlığını görəndə tez qəzəblənir.
- Çox danışmaqla onu sıxma! Kişilər çox danışan qadını sevmirlər.
- Ondan birbaşa surətdə “Üzr istəyirəm!”- deyəcəyini gözləmə. Çünki kişilər üzr istəməyi sevməz, amma onları sıxmasalar, dolayı yollarla bu üzrxahlığı bildirirlər.
- Ona ehtiyacın olmadığını, ona heç bir zaman göstərmə! Bununla onun verəcəklərini itirəcəksən.
- Xoşuna gəlməyən mövzularda söhbət açma! Bu onun halını pisləşdirəcək.
- Sənin və övladların üçün etdiyi şeylərin dəyəri və qiyməti az olduğunu bildirmə! Sən onu itirəcəksən.
- Onu, ailəsi və tanışları qarşısında tənqid etmə! O, bunu səndən kişiliyini alçaltma və intiqam kimi qəbul edəcək.
- Evdən çıxarkən onu çox sorğu suala tutma və çox şey istəmə! Çünki kişilər azadlığı sevirlər.
- Sənə yaxınlıq edərkən, özünü uzaqlaşdırma və sənə qarşı nifrət oyatma! Çünki beləcə o, başqa yerdə əyləncə axtaracaq.
- Ailə və evlilik sirrlərinizi başqalarına danışma! Çünki kişilər təbiətcə sirr saxlayan olurlar.
- Çox şey tələb etmə! Kişilər, hər şeylə qane olan qadınları sevirlər.
- Özünü ondan üstün və yüksək olduğunu heç göstərmə! Sənə qarşı hörmətini və məhəbbətini itirəcəksən.
- Sevgini və qayğını daim göstərməkdən yorulma! Bununla o çox razı qalır.
- Həmişə birinci o başlayacaq deyə gözləmə! Çünki kişilər, hərəkətləri və əməlləri ilə daha alicənab olurlar.
- Övladlarına göstərdiyin qayğı və əhəmiyyəti ona az göstərmə! Çünki kişi, evdə olduğu müddətdə həmişə qayğı və diqqət istəyir.


Allah sizləri həmişə mehriban etsin! Allah müsəlman ailələrində sevgi və məhəbbət sabitliyi yaratsın! AMİN!
    
 


  HİCAB-QƏRBİ DƏLİ EDƏN HƏQİQƏT

  VALİDEYİNLƏRİMİZƏ OLAN HAQQLARIMIZ

  İSLAMDA ÇOXEVLİLİK

  HÖRMƏTLİ XANIMLAR VƏ BƏYLƏR, BUNLARI ETMƏYİN!

  ƏR-ARVAD ARASINDA ZÖVQ OXŞAYAN MÜNASIBƏT

 

 ayə(lər)

 nə axtarırsınız?
 
FƏCR [ 2 rükət ]05:34
GÜNƏŞ 07:08
ZÖHR [ 4 rükət ] 13:41
ƏSR [ 4 rükət ] 17:21
MƏĞRİB [ 3 rükət ] 20:12
İŞA [ 4 rükət ] 21:42
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]