Diqqət, diqqət! Kitabxanamız artıq yeni kitablarla zənginləşir. "Dua vƏhkamları", "Alimlərin ixtilafı", "Cümə namazı" və "Ölümə qədər" adlı elmi bilgilərlə imanınızı artırın...
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).

Hud 11/6


Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Bir birinizlə əlaqəni kəsməyin, bir birinizə arxa döndərməyin, bir birinizə kin tutmayın və həsəd etməyin. Ey Allahın qulları, qardaş olun. Bir müsəlmanın, din qardaşını üç gündən çox tərk edib ondan küsülü olması halal deyil"

(Səhih Buxari, Ədəb 57, 58, 62; Muslim, Birr 23, 24, 28, )


Çətinliklər həyatın bülöv daşıdır. Biz onlara sürtünə-sürtünə itilənirik.
 
Abunə olmaq
İmtina etmək
Siz müsəlmanların dini zəmində mübahisə etdyini gördükdə nə edərdiniz?

Düzgün mövqe tutub mubahisəyə qoşularam
Dini bilgilərimin az olduğunu nəzərə alıb mübahisəyə qarışmaram
Müsəlmanların mübahisə etdiyinə dözə bilmədiyim üçün oradan uzaqlaşaram
Onlara sakitləşməyi və məsələni başqa vaxt müzakirə etməyi məsləhət görərəm
Onları Allah xatirinə barşdıraram
Məsələni başqa vaxt müzakirə etməyi məsləhət görərəm və özüm də müzakirəyə sübütlarla hazırlaşaram

Nəticələrə bax

ƏR-ARVAD ARASINDA ZÖVQ OXŞAYAN MÜNASIBƏT
[ Ailə / 2678 dəfə baxılıb ]   
 
Bismilləhirrəhmanirrəhim


İnsan həmişə başqalarının yanında özünü alicənab, nəzakətli və çox mədəniyyətli aparır. Cəmiyyət arasına çıxanda gözəl və yumşaq sözlərdən istifadə edir, mədəniyyətli davranır, gülümsəyir, istədiyi bir şeyi xahiş edir, üzr istəyir və sairə. O həmçinin başqalarının qarşısında gözəl görkəmdə və yaxşı ətirli görsənməyə çalışır.
İnsan əsəbləşəndə və ya qəzəblənəndə öz hirsini boğmağa və hər şeyi sülh yolu ilə həll etməyə çalışır. İnsan, cəmiyyətdə əlaqələri kəsilməsin deyə bəzən öz hüquqlarından da imtina edir.
Ali mədəniyyət, gözəl əxlaq və nəzakətli davranış insanlar arasında xoş əlaqələr və məhəbbət yaradır.
Bütün bunları cəmiyyətdə edən insan, istər ər olsun, istər arvad, evdə də bir-birlərinə qarşı bu cür davranmalıdırlar. Başqalarına qarşı yaxşı olub, onların hörmətini qazanmaq istəyən insan, öz ailəsindən bunu necə əsirgəyə bilər?!
Burada gözəl bir məqamı xatırlatmaq istərdik. Bir ana qızını ərə verərkən, toy gecəsi ona qısaca da olsa belə nəsihət edir:
- Qızım! Böyüyüb boya-başa çatdığın evdən, tanımadığın yad bir kişinin evinə gedirsən. Sən onun qulluğunda həmişə hazır ol, o sənin nökərin olsun. Sən ona yer ol, o sənə səma olsun.

Çox qısa da olsa, dərin mənası var. “Tanımadığın yad kişinin evinə gedirsən” dedikdə, qızın fikrində istər-istəməz suallar oyanır ki, yad evdə bəs mən necə hərəkət etməliyəm. Elə bu suallara uyğun olaraq ana davam edir ki: “Sən onun qulluğunda həmişə hazır ol, o sənin nökərin olsun.” Qadın ərinə daim və hər şeydə itaət etsə, ər istər-istəməz onun dediklərində imtina etməyəcək. Lakin qadın ərinə itaətdə tərəddüd edərsə və onun istəklərini ağır yerinə yetirərsə, əlbəttə kişi ağır xasiyyəti ilə onun heç bir istəyinə məhəl verməyəcək. “Sən ona yer ol, o sənə səma olsun” sözlərində çox gözəl mənalar var. Yer olmasa insan dayana bilməz, ayaq üstə dura bilməz. Qadın kişiyə məhz bu yöndən lazımdır. Onun həyatında çox böyük rol oynayır. Həmçinin kişi xanımının üzərində bulud kimi kölgə salır, onu qoruyur, ona arxa olar.
Bu sözlərdən hələ çox məna çıxarmaq olar.

Amma bu mövzunu açmaqda əsas məqsəd odur ki, qadın və kişi xaricdə və cəmiyyət arasında özünü necə yaxşı aparmağa çalışırsa, ailənin içində də elə olmalıdır. Başqalarının hörmətini və rəğbətini qazanmaq üçün dəridən, qabıqdan çıxan insan, öz həyat yoldaşı ilə də belə olmalıdır. Bu sözlər iki cinsə də aidir. Başqa xanımlara alicənablıq və mərdlik göstərən amma öz xanımı ilə kobud davranan kişinin, öz xanımından şikayət etməyə haqqı yoxdur. Həmçinin başqa kişilərə nəzakət və nəvaziş göstərən amma öz əri ilə soyuq və quru davranan qadının, öz ərindən şikayət etməyə haqqı yoxdur.

www.islam-online.net saytından tərcümə olunub.
    
 


  HİCAB-QƏRBİ DƏLİ EDƏN HƏQİQƏT

  VALİDEYİNLƏRİMİZƏ OLAN HAQQLARIMIZ

  İSLAMDA ÇOXEVLİLİK

  HÖRMƏTLİ XANIMLAR VƏ BƏYLƏR, BUNLARI ETMƏYİN!

  ƏR-ARVAD ARASINDA ZÖVQ OXŞAYAN MÜNASIBƏT

 

 ayə(lər)

 nə axtarırsınız?
 
FƏCR [ 2 rükət ]05:29
GÜNƏŞ 07:04
ZÖHR [ 4 rükət ] 13:42
ƏSR [ 4 rükət ] 17:24
MƏĞRİB [ 3 rükət ] 20:19
İŞA [ 4 rükət ] 21:50
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]