İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.
əl-ənkəbut 7
Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Sizdən biriniz dua etdiyi zaman qəti bir istək ilə dua etsin. "Allahım istəsən mənə ver" deməsin. Çünki Allahı buna məcbur edəcək bir şey yoxdur"
(Səhih Buxari, Daavat 21; Muslim, Zikr 7)
Yalnız çətin anlarında Allaha dua edənin misalı 30 gün işə gəlməyib 31-ci gün maaş almağa gələnin misalı kimidir.
Siz müsəlmanların dini zəmində mübahisə etdyini gördükdə nə edərdiniz?
PEYĞƏMBƏRİMİZ (S.A.S) BİZİ ODDAN ÇIXARDI
[ Sünnə / 1046 dəfə baxılıb ]
Cabirdən (r.a) rəvayət edildiyinə görə Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki;
-" Mənimlə sizin aranızdakı hal buna bənzəyər; bir adam od qalayar, çəyirtkə və pərvanələr bu oda atılmağa çalışarlar, adam da onları oddan uzaqlaşdırmağa çalışar. Mən ətəklərinizdən yapışıram ki, oda düşməyəsiniz, siz isə əlimdən çıxmağa çalışırsınız."