Yaradan Rəbbinizin adı ilə oxuyun! Kitablar bölməsinə "ÜÇ SUAL""HÖKMLƏRİN ƏSASI" adlı iki yeni kitab əlavə olundu. Oxyun ki, ruhunuzun qidasını təmin eəsiniz.
Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.

(Ali-İmran, 8)


Allah qatında heç bir şey iki damla və iki izdən daha sevimli deyildir. Allah qorxusu ilə axıdılan göz yaşı damlası və Allah yolunda tökülən qan damlası. İki iz isə, Allah yolunda çarpışarkən alınan yara izi və Allahın əmr etdiyi fərzlərdən birini yerinə yetirməkdən qalan qulluq izidir.

Tirmizî, Fəzâilü’l-cihâd 26


Gözünüz açıq və ayıq olsun, siz sanki bir savaş meydanındasınız, bu meydanda isə nizənin haradan gələcəyi bilinməz.
Nəfsinizə yiyə durun, ona dəstək olmayın!

İbn əl-Cevzi

 
Abunə olmaq
İmtina etmək

ƏRƏFA GÜNÜ

[ Zül-hiccə ayi / 1061 dəfə baxılıb ]   
 
Zilhiccə Qəməri ayının doqquzuncu günü Ərəfa günüdür. Yəni Qurban bayramından bir gün öncə mənasına gəlir. Bu gündə zəvvarlar Arafat dağına çıxırlar. Zəvvarların burdakı duruşlarına Vəqfa deyilir.

Peyğəmbər (s.a.s) Ərəfa günü haqqında demişdir:
Ərəfa günü Vəqfa sırasında Cənab Haqqın Cəhənnəmdən azad etdiyi qulların sayı digər günlərdə azad edilənlərlə müqayisə edilməyəcək qədər çoxdur. Allah Ərəfa günü vəqfa edənlərə yaxınlaşar. Sonra mələklərə qarşı iftixar edərək “bunlar nə istəyirlər ki, bütün işlərini buraxıb burada toplandılar?" (Müslim Həcc, 1348)

Peyğəmbər (s.a.s) buyurdu: "Cənabı Allahın Ərəfa günü oruc tutanların ikinci və daha sonrakı illərinin günahlarını örtəcəyini ümid edirəm." (Müslim Siyam, 1162)

Hazırda Həccdə olan "Azerislam" əməkdaşının verdiyi məlumata görə, miladi təqvimi ilə 18 dekabr 2007-ci ildə zəvvarlarımız gecələdikləri Mina ərazisindən Arafata yola düşürlər.

Ərəfa günü Vəqfa edəcək hacıların oruc tutmaları müstəhəbdir. Fəqət hacı olmayanlara mübahdır.
Ərəfa günü Arafatda Vəqfaya duran hacılar topluluğu məhşərin kiçik bir örnəyini göstərir. Bütün hacılar, qara, ağ, sarı dərili müsəlmanlar tamamilə bərabər şərtlərdə, kəfəni xatırladan eyni geyimlərdə, naziri, məmuru, zəngini, fəqiri, hamısı bir arada başları açıq, ayaqyalın vəqfaya duraraq Allaha yalvarıb günahlarının bağışlanmasını istərlər. Sosial yöndən böyük bir bərabərlik ərz edən bu mənzərə İslamın insana baxış mövqeyini göstərməkdədir.
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:58
GÜNƏŞ 07:29
ZÖHR [ 4 rükət ] 12:55
ƏSR [ 4 rükət ] 15:54
MƏĞRİB [ 3 rükət ] 18:20
İŞA [ 4 rükət ] 19:46
GECƏ YARI 00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]