Diqqət, diqqət! Kitabxanamız artıq yeni kitablarla zənginləşir. "Dua vƏhkamları", "Alimlərin ixtilafı", "Cümə namazı" və "Ölümə qədər" adlı elmi bilgilərlə imanınızı artırın...
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).

Hud 11/6


Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Bir birinizlə əlaqəni kəsməyin, bir birinizə arxa döndərməyin, bir birinizə kin tutmayın və həsəd etməyin. Ey Allahın qulları, qardaş olun. Bir müsəlmanın, din qardaşını üç gündən çox tərk edib ondan küsülü olması halal deyil"

(Səhih Buxari, Ədəb 57, 58, 62; Muslim, Birr 23, 24, 28, )


Çətinliklər həyatın bülöv daşıdır. Biz onlara sürtünə-sürtünə itilənirik.
 
Abunə olmaq
İmtina etmək
Siz müsəlmanların dini zəmində mübahisə etdyini gördükdə nə edərdiniz?

Düzgün mövqe tutub mubahisəyə qoşularam
Dini bilgilərimin az olduğunu nəzərə alıb mübahisəyə qarışmaram
Müsəlmanların mübahisə etdiyinə dözə bilmədiyim üçün oradan uzaqlaşaram
Onlara sakitləşməyi və məsələni başqa vaxt müzakirə etməyi məsləhət görərəm
Onları Allah xatirinə barşdıraram
Məsələni başqa vaxt müzakirə etməyi məsləhət görərəm və özüm də müzakirəyə sübütlarla hazırlaşaram

Nəticələrə bax

QLOBAL İSTİLƏŞMƏ
[ Elm / 903 dəfə baxılıb ]   
 
Müasir dövrdə bu məsələ bəşər övladının şüurlu hissəsini düşündürən ən ciddi problemlərdən biridir. Bu problemin həlli yollarının araşdırılması və tədbirlər planının hazırlanması çox vacibdir. Artıq bu gündən başlayaraq ciddi tədbirlər görülməzsə, sonra gec ola bilər. Bu çox ciddi problem olduğundan gecikmək olmaz. Məsələnin həllində bu problemlə məşğul olan alimlərin və eləcə də kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Öz ölkələrinin siyasi rəhbərliyində müəyyən fikrin formalaşması işində kütləvi informasiya vasitləri əhəmiyyətli mövqeyə malikdir.

Hazırda bəşər övladının Kainatda hələlik yeganə «kosmik evi» hesab olunan Yer kürəsində iqlim şəraitinin kontrastlığının kəskin dəyişməsi ciddi problemlərin yaranmasına gətirib çıxarmışdır. Bunun nəticəsində təbii fəlakətlərin (quru səthini su basması, qasırğaların baş verməsi, orta illik hərarətin artması, anormal təbiət hadisələrinin çoxalması, kənd təsərüfatında məhsuldarlığın aşağı düşməsi və s.) sayının artması insanlar arasında ciddi narahatlığın yaranmasına səbəb olmuşdur.

Maraqlıdır ki, klimatologiya (iqlim dəyişkənliyinin tədqiqi) ilə məşğul olan alimlər qlobal istiləşmənin baş verməsini vaxtında etiraf etməsələr də, sonda məsələnin ciddiliyini nəzərə alaraq elan etdilər ki, XX əsrin II yarısından başlayaraq QLOBAL İSTİLƏŞMƏ (geniş miqyaslı) baş vermişdir. (Qlobal istiləşmə - Yer atmosferinin və Dünya okeanının orta illik hərarətinin tədricən artması prosesidir). Onlar bunun təsirinin çox ciddi olacağını bildirdilər. Həmin sahə ilə məşğul olan alimlər haqlı olaraq bir araya gələrək, həyacan təbili çalmağa başladılar. 2004-cü ilin sentyabr-oktyabr aylarında Rusiyanın paytaxtı Moskva şəhərində Ümumdünya konfransında problemin çox ciddi olmasını nəzərə alan tədqiqatçılar, qarşısında həlli vacib olan konkret məsələlər qoyuldu.

Bu problem artıq bəşər övladını narahat edən ən ciddi və həlli vacib olan məsələdir. Son bir neçə ildə qlobal istiləşmənin yaratdığı nəticələr daha açıq şəkildə hiss olunmağa başlamışdır. Qeyd etmək lazımdır ki, qlobal istiləşmə hər yerdə və həmişə hərarətin artmasına səbəb olmur. Belə istiləşməni bütün coğrafi enliklər üzrə orta illik hərarəti hesablasaq hiss etmək mümkündür. Məsələn, haradasa hərarət yayda arta və ya digər bir ərazidə qışda orta illik hərarət aşağı düşə bilər.

Həqiqət naminə qeyd etmək lazımdır ki, Yer kürəmizdə tarix boyu iqlim şəraiti daima dəyişmişdir. Ancaq, aparılan tədqiqatlar belə bir nəticə çıxarmağa əsas verir ki, səthində yaşadığımız Yer planetinin iqlim şəraiti çox ciddi dayanıqlılığa malikdir. Çox böyük qüdrətlə nizamlanmanın nəticəsi olaraq həyat qaynağımız olan Günəşin verdiyi istiliyin intensivliyi yüz min illər ərzində çox cüzi dəyişmişdir.

«Məgər kafir olanlar göylə Yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir – birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb, yeddi təbəqəyə ayrılmış, Yerdə bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrət və əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir)» (əl- Ənbiya, 21:30).

İlk öncə qeyd etmək lazımdır ki, Yer atmosferi məxsusi olaraq elə yaradılmışdır ki, planetimizin səthində yaşayış mümkün olsun. Yeddi qat atmosfer təbəqəsinin hər birinin özünəməxsus funksiyası vardır. Əgər bu təbəqələr olmasaydı Günəşin məhvedici şüaları Yer səthində bütün canlı aləmi bir andaca məhv edərdi. Ona görə də, insan öz fəaliyyəti ilə çalışıb ətraf mühitə kimyəvi tullantıları imkan daxilində az atmalıdır. Əks təqdirdə, biz öz fəaliyyətimizlə Allahın yaratdığı atmosfer təbəqələrinin nizamını poza bilərik. Bunun nəticələri isə çox ağır olar. Qeyd edək ki, sonradan pozulmuş ekoloji tarazlığın bərpası çox müşkül və çətin məsələdir. Ekoloji tarazlığın pozulması çox ciddi məsələdir. Son dövrdə baş verən qlobal istiləşmə bununla bağlıdır. Qlobal istiləşmənin baş verməsinin səbəbi istixana effekti yaradan təbəqə ilə bağlıdır.


Bəs istixana effekti hansı səbəblərdən yaranır?

Əslində, Günəşdən aldığı enerjinin miqdarına görə Yer kürəmizin səthində -20 dərəgə Selsi şaxta olmalı idi. Məlumdur ki, biz Yer səthində orta hesabla +20 dərəcə selsi hərarətdə yaşayırıq. Bunun səbəbi Yer atmosferində su buxarı, karbon, metan, ozon və s. qazlardan ibarət təbəqənin mövcud olmasıdır. Bu təbəqə Yer atmosferində təxminən 25 kilometrlik yüksəklikdə yerləşir. Məsələ burasındadır ki, həmin atmosfer təbəqəsi Günəşin istilik şüalarını Yerə doğru maneəsiz buraxır, yəni bu istilik şüaları Yer atmosferində udulmadan keçirlər.

Qeyd etmək lazımdır ki, həmin şüalar Yer səthindən əks olunub, həmin təbəqəyə çatanda elə bil ki, möcüzə baş verir. Bü təbəqədə yerləşən həmin qazlar bu şüaları əks etdirərək yenidən Yerə qaytarırlar. Bu proses eynən insanların yerdə yaratdığı süni istixanalarda (parniklərdə) baş verən proseslərə bənzəyir. Bu səbəbdən Yer planetimizin səthində hərarət 39 dərəcə Selsi yüksəlir. Belə bir çox böyük tənzimləmə hesabına Yer səthində orta illik hərarət +18-20 dərəcə Selsi olur. İstixana effektinin mahiyyəti belədir. Əgər bu təbəqə olmasaydı onda Yerdə -20 dərəcə Selsi şaxta olardı. Yerin də səthi Mars planeti kimi buzla örtülü olardı. Su maye halında deyil, buz halında olardı. Belə olan halda, insanlar üçün Yer səthində yaşamaq mümkün olmazdı. Allahın qoyduğu bu gözəl nizamı bəşər övladı öz əməli ilə pozmaq üzrədir. Bu məsələ aşağıdakı Quran ayəsində insana əvvəlcədən baxın nə dərəcədə açıq şəkildə bildirilmişdir.

«İnsanların öz əlləri ilə etdikləri üzündən, quruda və suda fəsad (pozuntu) əmələ gələr ki, Allah (bununla) onlara etdiklərinin bir qismini daddırsın və bəlkə onlar tövbə edib pis yoldan qayıtsınlar» (ər-Rum, 30:41).

Hazırda qlobal istiləşmə problemi dünya alimlərini ən çox məşğul edən bir məsələdir. Qlobal istiləşmə probleminin ortaya çıxmasının əsas səbəbi istixana effekti yaradan qatda karbon qazının və metanın miqdarının artmasıdır. Məlum olduğu kimi sudan istifadəni bəşər övladı istəsə də azalda bilməz, ancaq karbon qazının miqdarını insan öz fəaliyyətini tənzimləməklə azalda bilər və buna məcburdur. Əks təqdirdə ekoloji problemlər bəşər övladının Yer səthində yaşamasını çox çətin hala gətirə bilər. Yuxarıdakı ayədəndə göründüyü kimi, Yer kürəmizdə son vaxtlarda baş verən fəsadların nəticəsi ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdır. Bu hesaba Yer kürəsində fəlakətlə nəticələnən qasırğa, tufan, boran, quraqlıq, bəzi bölgələrdə aramsız yağış və qar kimi təbii fəlakətlə nəticələnən hadisələr çoxalmışdır. Bunlar quruda baş verən fəlakətlərdir. Buzlaqların qlobal istiləşmə səbəbi ilə əriməsi, Yerin su hövzələrində suyun səviyyəsinin artmasına gətirib çıxarmışdır.

«Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!» (əl-Bəqərə, 2:29).

Göründüyü kimi Allah hələ 14 əsr bundan qabaq bəşər övladına ekoloji tarazlığı qorumağı tövsiyyə etmişdir. Əslində texnoloji səviyyə ekoloji tarazlığı pozacaq durumda olmadığı bir zamanda, bu mövzuya diqqətin çəkilməsi həzrəti Muhammədin, Allahın salamı və salavatı onun uzərinə olsun, başqa bir möcüzəsidir. Bu, Qurani-Kərimin bütün dövrlər üçün göndərilmiş kitab olmasına və onun hökmünün Qiyamətə qədər davam edəcəyinə daha bir sübutdur.

Ən yaxşısını və doğrusunu Allah bilər.

Nazim Hüseynov Əli oğlu
Fizika – riyaziyyat elmləri namizədi
Şamaxı astrofizika rəsədxanasının böyük elmi işçisi

Loğman Halvaçı
İlahiyyatçı
    
 


  ELMİR QULİYEV: “DİNƏ MÜRACİƏT EDƏRƏK ÖZ ETİRAZINI BİLDİRMƏK DƏB HALINI ALIB”

  ŞABAN – RAMAZANA HAZIRLIQ AYIDIR

  FƏRZ ET Kİ, ÖLDÜN... (yenilənir)

  RƏCƏB AYI VƏ UYDURULMUŞ BİDƏTLƏR

  BORC VERMƏK

 

 ayə(lər)

 nə axtarırsınız?
 
FƏCR [ 2 rükət ]05:29
GÜNƏŞ 07:04
ZÖHR [ 4 rükət ] 13:42
ƏSR [ 4 rükət ] 17:24
MƏĞRİB [ 3 rükət ] 20:19
İŞA [ 4 rükət ] 21:50
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]