İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.
[əl-Bəqərə, 2:185]
Peyğəmbər (s.a.s) belə buyurur: ”Kim boş sözü və boş sözə əməl etməyi bir kənara qoymasa, onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur.”
[əl-Buxari]
”Əmanət aradan qalxdıqda qiyaməti gözləyin, işlər əhlinə təslim edilmədikdə isə əmanət aradan qaldırılır.”
[Buxari, elm 2]
MƏSCİDDƏ PARTLAYIŞ OLDU, ÖLƏN VƏ YARALANAN VAR
[ Aktual / 2069 dəfə baxılıb ]
Bu gün təxminən saat 20:50 radələrində Nərimanov rayonu Cümə məscidində (Əbubəkr) - axşam namazı vaxtı partlayış hadisəsi baş verib. Hadisə nəticəsində 2 nəfərin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir.
Şahidlərin sözlərinə görə hadisə axşam namazının axırıncı rükətinin qılınması zamanı baş verib. Belə ki, ilk öncə məscid imamı Qamət Süleymanın olduğu yerdə, yəni məscidin tam ortasında olan pəncərə sındırılıb daha sonra isə içəri, məscid imamının lap qarşısına partlayıcı atılıb. İlk səs pəncərənin ikiqatlı şüşəsinin sınması, ikinci partlayış səsi isə içəri atılan naməlum qurğunun partlaması olub. Şahidlərin sözlərinə görə partlayış zamanı məscidin birinci, ikinci və məscidin altında olan otaqlar ibadət edən insanlarla dolu olub. Adətən bazar günləri bura insanlar daha çox gəlir. Onu da qeyd edək ki, partlayışdan dərhal sonra izdiham yaranmış və insanlar məsciddən qaçaraq bayıra çıxmışlar.
Hadisə yerinə ilk olaraq Fövqaladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Daha sonra təcili yardım maşınları, polislər və yanğınsöndürən maşınlar mövqelərini hadisə yerində tutublar. Hadisə ilə əlaqədar Azərfoto əməkdaşı Təcili Tibbi Yardım məntəqəsində olarkən ona bildiriblər ki, ora 9 yaralı və 2 nəfərin cəsədi gətirilib.
Ölənlərə Allahdan rəhmət, yaralananlara tezliklə sağalmağı diləyirik.