Həzrəti İsmayılın adı Qurani-Kərimin səkkiz surəsində on iki yerdə keçir. Bir də adı çəkilmədən Saffat surəsində İbrahimin duası üzrə verilən müjdə və qurbanlıq hekayəsi anladılır. Doğrudur bu qissə olduqca mübahisəlidir, adı zikr olunmayan övladın Həzrəti İsmayılınmı, yoxsa Həzrəti İshaqınmı olması barədə fərqli rəvayətlər mövcuddur. Əhli kitaba görə bu uşaq Həzrəti İshaqdır. İslam alimlərinin çoxunun qənaətinə görə isə bu uşaq Həzrəti İsmayıldır.
Şəfqət hər gözəl xislətdə olduğu kimi Allah Rəsulunun xislətində də var idi. Ancaq ondakı şəfqət hissi başqalarında olana bənzəməzdi. Ondakı şəfqət hissi hisslərinin zirvəsində idi. O, böyük dəvətini şəfqət kimi önəmli olan insanı münasibətlər üzərinə oturtmuş və təbliğini hər an şəfqətin ilıq atmosferi altında icra etmişdir.

Onlar həm namaz qılır, dindar görünür, həm də bir kapitalistdən daha betər mal, mülk və pul düşkünüdürlər. Ən kiçik yardımı etməyə belə simiclik edərlər. Barlarda, pavilyonlarda pul xərcləməzlər, amma saray kimi malikanələrinə milyardlar tökərlər. Heyflərini maldan mülkdən, güclü görünməkdən çıxararlar. Kiməsə yardım etmək onlar üçün kəlbətinlə ətlərini qoparmaqdır. Üzdən namazlı, niyazlı daxildən zavallı bir dindarlıq… Çölü Müsəlman daxili kapitalist bir əhli-namazlıq…
“Darıxıram, kimsəsizəm, özümü yalqız və tənha hiss edirəm…” Günümüzün əksər insanının dilindən düşməyən, tez‐tez eşitdiyimiz və ya etdiyimiz şikayətlərdəndir bunlar. Başqa sözlə depressiv duyğular. Təəccüblü deyil, çünki bu duyğuları yaşayan dünyanın, çox vaxt da insanların əli ilə icra edilən bu qədər maddi və manəvi sıxıntı qarşısında aciz, fəqir və fani insandır.
Quran bir nəsihət, bir xatırlatma, bir zikr və bir xəbərdarlıqdır. Quranın bu keyfiyyətlərindən istifadə etmək üçün, könüllərin ona qarşı açıq olması şərtdir. Könlün açıq ola bilməsi üçün də insan qəlbini Qurana verməlidir. Çünki davranışını bu istiqamətdə düzəltməyən insanın bir baxışı Quranın o nurlu möcüzə yönünü qətiyyən görə bilməz. Görməyincə də onun nəzərində Allah kəlamıyla hər hansı bir bəşər kəlamı arasında fərq olmaz. Artıq düşüncə səviyyəsi itmiş bir insanın Quran adına görəcəyi heç bir şey yoxdur.
Ailə təsəvvürünü tam qavraya bilməyən insan, boşanma hüququnu da tam dərk edə bilməz. Ailənin müqəddəsliyi, aliliyi və məsuliyyətini başa düşən insan eyni zamanda boşanma hadisəsini cəmiyyətə vurulan zərbə kimi anlamalıdır. Bir boşanma hadisəsilə bir neçə nəfər zərər çəkir, çox sayda mənfi və xoşagəlməz nəticələr baş verir.
O, Odur. O, özü olandır. O, özündən başqasına bənzəməyəndir. Onu, haqqıyla ancaq O bilər. Onu, haqqıyla ancaq O tərifləyər. Onu, haqqıyla ancaq O tanıyar. Onu haqqıyla ancaq O sevər. Onun haqqı O olmaqdır. O olmaq, əl-Haqq olmaqdır. O olmaq, mütləq həqiqət olmaqdır. Ondan başqasının haqqı, Ona qul olmaqdır. Ondan başqasının haqqı, məxluq olmaqdır.
Bulanıq bir gün… Göy üzü nə gecə kimidir, nə də gündüz. Yağış yağmaq üzrəykən Günəş doğur. Günün günorta çağı Ay hələ asılı qalıb göyün üzündən. Ulduzlar ölüvay bir iz buraxaraq axıb gediblər qaranlıq dəhlizlərə… Sanki özbaşına buraxılıb dünya. Sanki hər şey bir xaos öncəsini xatırladır.