Zina etmək necə işdir? Bəs çarəsiz qalanda? Buna münasibətiniz?
Sual: Salam! Zina etmək necə işdir? Bəs çarəsiz qalanda? Buna münasibətiniz.
Cavab:
Zina ən böyük günahlardan biridir. Uca Allah buyurur: “Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (əl-İsra surəsi 32-ci ayə). Bir dəfə bir kişi Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib ona belə dedi: “Ey Allahın elçisi mən zina etmək istəyirəm.” Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona belə cavab verdi: “Sən istəyərdimmi kimsə sənin ananla, bacınla və ya qohumlarınla zina etsin?” Kişi dedi: “Xeyr.” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Eləcə də insanlar bunu istəmirlər.” Zinanın haram olmasına dair Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) sünnəsində saysız-hesabsız hədislər vardır. Odur ki, insan çarəsiz də qalsa belə əgər zina edərsə o, ən böyük günah etmiş olur. Bir də ki, insan axı necə çarəsiz qala bilər. Axı bu şəxs evlənə də bilər. Evlənməyə gücü çatmayan şəxslərə isə Peyğəmbər (səllallahu aleyhi və səlləm) oruc tutmalarını məsləhət görmüşdür. Çünki oruc vasitəsi ilə insan zinadan uzaq olur.
89. ISMAYILOV GASIM (SUMGAYIT)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz