Sual-Cavab

Zina etmək dedikdə ancaq bilavasitə cinsi əlaqədə olmaq nəzərədə tutulur?

Sual: Salam. 1. Zina etmək dedikdə ancaq bilavasitə cinsi əlaqədə olmaq nəzərədə tutulur? Yoxsa zinanın da böyüyü və ya kiçiyi var? 2. Əgər sən bunu etmirsənsə, sadəcə təsəvvür edirsənsə bu da günahdır. Lakin, bu kiçik günahdır yoxsa böyük günah? Çox sağ olun.

Cavab:

Zinanın müxtəlif dərəcələri vardır. Ən böyük zina dedikdə biləvasitə cinsi əlaqədə olmaq nəzərdə tutulur. Bu zina barəsində uca Allah buyurur: “Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (əl-İsra surəsi 32-ci ayə). Uca Allah bu növ zina üçün müəyyən cəza tədbiri təyin etmişdir. Uca Allah bu barədə belə buyurur: “Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir).” (ən-Nur surəsi 2-ci ayə).

Zinanın həmçinin başqa növləri də vardır. Bu növ zinalar üçün uca Allah müəyyən cəza tədbiri təyin etməmişdir. Lakin buna baxmayaraq bunlar da günah sayılır. Bu cür zinalardan bəzilərini qeyd edək: 1. Gözün zinası; Yəni göz vasitəsi ilə naməhrəm qadınlara baxmaq. (Həmçinin pozğun filimləri və şəkilləri seyr etmək). 2. Əlin zinası; Əl vasitəsi ilə məni ifraz etmək. 3.........................

Zinanı təsəvvür etmək kiçik günah sayılır.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com . ICQ #99931111

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz