Müxtəlif

Yolnamə

Yolnamə

Dostum, günəşə bax, torpağa bax, suya bax, buluda bax; lakin, arxana baxma... Arxanca kimin gəlib, gəlmədiyi əhəmiyyətli deyil… Unutma, yolçu dəyişər, yol dəyişər, amma mənzil dəyişməz. Yolçuya baxıb, yolu tanıma. Yola bax, yolçunu tanı, yolçu haqqındakı qiymət hökmünü ona görə ver. Qorxulu olan, yolun yolçusuz olması deyil; Əsl qorxulu olan yolçunun yolsuz olmasıdır; Yolsuz, hədəfsiz, məqsədsiz, qərarsız, çaşmış…

"Ən doğru yol: ən tikansız yoldur" deyənlər səni aldadırlar. Onlar, qaranlıq evlərində itirdiklər şeyi küçə lampasının altında axtaran axmaqlardır. Əhəmiyyət vermə…

Ayağına batan tikanlar, axtardığın gülün xəbərçisidir. Tikanına dözməkdən danışanlar aşiqmiş kimi davrananlardır. Həqiqi aşiq olanlarsa, tikanını da sevərlər.

Dostum, yollar getmək üçündür. Lakin bu həqiqəti də heç vaxt unutma: Getməklə çatılmaz, lakin çatanlar da gedənlərdir.
Yol boyunca; Yola çıxıb lakin getməyənləri, yola oturub, gələn-keçənin ayağına badalaq vuranların, yolda beyinləri dumanlandıran narkotiklərlə kef eldənləri, tikanlı məftillərlə doladığı yolu özünə zindan edib ləngərləyənləri, marafona 100 metr qaçışçısı kimi sürətli girib 50-ci km yola yatanları, yürüşün uzun və yolun zəhmətli olduğunu görüncə getməyi buraxıb, yol-yolçu və mənzil barəsinə boş-boş danışanları, ayağına batan tək bir tikanın gözə soxub ömür boyu fors edənləri, ağ atlı xilaskarı gözləyərək üfüqə baxıb köks ötürənləri, səhv bələdçilərə hiddətlənib yolu satanları görəcəksən.

Əhəmiyyət vermə, get. Sinənə qəlbindən başqa talisman taxma. Vəhy xəritən, Nəbi bələdçin, ağıl kompasın, iman sərmayən, əməl azuqən, sevgi yanacağın, əxlaq xarakterin, ədəb aksesuarın, mərhəmət sifətin, şərəf və izzət adın olsun. Doğru yol: insanların çoxunun getdiyi yol deyil, təfəkkür edən ağıl sahiblərinin yoludur.

Yolda verəcəyin hər fasiləni özünütənqid dayanacağında verməlisən. Unutma, tövbə özünütənqiddir. Özünü hesaba çəkən, başqaları tərəfindən hesaba çəkilməkdən xilas olar. Hər fasilədə doğru yolda olub olmadığına, getməli olduğun mənzil istiqamətində gedib getmədiyinə nəzarət etməyin peşman olmamağın üçün vacibdir. Doğru gedib getmədiyini tez-tez yoxlamalısan. Xəritəni mühafizə edə biləcəyin ən etibarlı orqanın qəlbindir. Bir şeyi də unutma: Kompası saxta maqnit sahələrindən, yad dalğalardan uzaq tutmalısan; Əks halda əqrəbi yanlış istiqamətə elə yönəldərlər ki, xəbərin belə olmaz.

Yoldakı təhlükəsizliyin üçün lazımlı olan şərtlərin önündə şüur gəlir. Şüurunu təhrif edəcək hər cür uyuşdurucudan uzaq durmalısan. Xobbilərinin, fobilərinin, qorxularının şüurunun üzərindəki azdırıcı təsirini yaxşı bilməlisən. Allahdan başqasından qorxsan, qorxduğunun başına müsəllət ediləcəyini də yəqinliklə bilməlisən. Yolda düşəcəyin ən böyük tələ, yersiz qorxularının tələsidir; Yəni öz mənliyinin sənə qazdığı tələ.

Yaxşı yol, dostum.

Mustafa İslamoğlu. Cümə xütbəsi
Hazırladı: Əlif / Azerislam.com

Oxşar məqalələr

Müxtəlif

Dilinizi günahlardan qoruyun

Həqiqətən bu dil Allahın bizə verdiyi böyük nemətdir. İnsan onun vasitəsi ilə nəfsindəkini zahirə çıxarır. Allah-Təala buyurur: "Məgər biz ona iki gö…

4 dəq. oxunuş 3 506
Müxtəlif

Gecikmiş etiraflar

Rəhmli və mərhəmətli Allahın adı ilə! Allaha həmd və səna, seçilmiş Peyğəmbərə, ailəsinə, mömin və şərəfli əshabələrinə salavat və salam olsun! (Ona …

14 dəq. oxunuş 48
Müxtəlif

Darvinizmin çöküşü

Darvinizmin ideoloji çöküşü Darvinizmi yalnız elm dünyasına aid bir iddia olmaqdan çıxarıb, bütün cəmiyyət üçün əhəmiyyətli hala gətirən cəhət nəzəri…

19 dəq. oxunuş 282

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz