Hədis elmi

Yetimə doğma ata kimi ol


قال داود كن لليتيم كالأب الرحيم واعلم أنك كما تزرع كذلك تحصد ما أقبح الفقر بعد الغنى وأكثر من ذلك أو أقبح من ذلك الضلالة بعد الهدى وإذا وعدت صاحبك فأنجز له ما وعدته فإن لا تفعل يورث بينك وبينه عداوة وتعوذ بالله من صاحب إن ذكرت لم يعنك وإن نسيت لم يذكرك

138. Davud dedi: “Yetimə doğma ata kimi ol! Bil ki, nə əkərsən onu da biçərsən. Zənginlikdən sonra olan kasıblıq necə də pisdir! Doğru gəldikdən sonra azğınlığa düşmək isə bundan da pisdir. Dostuna və'd verdikdə ona verdiyin və'di yerinə yetir. Əgər belə etməsən, bu sizin aranıza ədavət salacaq. Yadına düşən işdə sənə yardım etməyən və unutduğun işi sənin yadına salmayan dostdan Allaha sığın!”
[ İsnadı səhihdir ]

الحسن يقول لقد عهدت المسلمين وإن الرجل منهم يصبح فيقول يا أهلية يا أهلية يتيمكم يتيمكم يا أهلية يا أهلية مسكينكم مسكينكم يا أهلية يا أهلية جاركم جاركم وأسرع بخياركم وأنتم كل يوم ترذلون وسمعته يقول وإذا شئت رأيته فاسقا يتعمق بثلاثين الفا إلى النار ماله قاتله الله باع خلاقه من الله بثمن عنز وإن شئت رأيته مضيعا مرابدا في سبيل الشيطان لا واعظ له من نفسه ولا من الناس

139. Həsən demişdir: “Mən müsəlmanların elə bir dövründə yaşayırdım ki, onlar deyərdilər: “Ey yaxınlarım! Ey yaxınlarım! Yetiminizə yaxşı baxın. Yetiminizə yaxşı baxın. Ey yaxınlarım! Ey yaxınlarım! Kasıblarınıza kömək edin. Kasıblarınıza kömək edin. Ey yaxınlarım! Ey yaxınlarım! Qonşunuza yaxşılıq edin. Qonşunuza yaxşılıq edin. Sizin ən xeyirliləriniz artıq keçib getmişdir. Siz isə günü gündən rəzil olursunuz”. O həmçinin demişdir: “İstəsən otuz minlə Oda can atan bir fasiqi görə bilərsən. Allah onu öldürsün! O, Allahın ona verdiyi nəsibini ucuz qiymətə satdı. İstəsən şeytanın yoluna düşmüş və azmış bir kimsəni də görə bilərsən. O, nə özü-özünə nəsihət edər, nə də ki, camaatdan kimsə ona öyüd-nəsihət verər”.
[ İsnadı zəifdir ]

عن أسماء بن عبيد قال قلت لابن سيرين عندي يتيم قال اصنع به ما تصنع بولدك اضربه ما تضرب ولدك"

140. Əsma ibn Ubeyd rəvayət edir ki, mən İbn Sirinə dedim: “Evimdə yetim var, (ona nə qayğı göstərim)?” O dedi: “Övladına nə (yaxşılıq) edirsənsə ona da elə, övladını nəyə görə vurursansa onu da vur!”
[ İsnadı səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz