Yenə...
İsrail yenə insan qanı tökdü...
İsrail əsgərlərinin Türkiyənin Fələstinə apardığı yardım gəmisinə hücumu bütün dünyada qınanmaqdadır.
Gəmidə türk, yunan, yəhudi, avropanın bir çox ölkələrindən yığma könüllü yardımsevərlər vardı.
Hətta qadınlar və uşaqların belə olduğu gəmi saatlarla güllələrə tuş gəldi və bu amansız hücum 9 ölü, 50-yə yaxın yaralı ilə nəticələndi.
Xatırladaq ki, gəmidə iki soydaşımız da zərərçəkənlər arasında olub.
Allah ölən qardaşlarımıza rəhmət etsin, onları şəhidlik məqamına yüksəltsin və yaralılara şəfa versin! Amin!!!
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz